• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Soçi Bəyanatı 2020-ilin 10 noyabr tarixində imzalanmış Bəyanatda təsbit edilmiş bütün razılaşmaları bir daha təsdiqlədi

    Soçi Bəyanatı 2020-ilin 10 noyabr tarixində imzalanmış Bəyanatda təsbit edilmiş bütün razılaşmaları bir daha təsdiqlədi


    Bu gün Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olması regionun iqtisadi inkişafını təmin etmək üçün tələb olunan ən vacib şərtlərdən biridir. Öz növbəsində dayanıqlı regional sülhə nail olunması ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını tələb edir. Məlumdur ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən dərhal sonra, qalib ölkə olmasına rəğmən mütəmadi olaraq qarşı tərəfə sülh çağırışları ilə səslənməkdədir. Lakin təəssüflər olsun ki, rəsmi İrəvan hələ də adekvat reaksiya verməkdə çətinlik çəkir. Əlbəttə ki, bu gün Cənubi Qafqazda sabitliyin əldə olunmasında bir tərəfdən enerji təhlükəsizliyi ilə bağlı məsələləri həll etməyə çalışan Avropa ölkələri, digər tərəfdən də hazırda Ukrayna ilə müharibə aparan və bu səbəbdən ən azı cənub sərhədlərində gərginliyin yaşanmamasını arzulayan Rusiya çox maraqlıdırlar. Buna görə də Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olunması yönümündə həm Avropa, həm də Rusiya mütəmadi olaraq səylər göstərir, vasitəçi qismində bu məsələnin həllində rol oynamağa çalışırlar. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvətilə Soçi şəhərinə səfəri də xüsusi əhəmiyyət kəsb etmiş oldu.
                 
    Soçi səfəri çərçivəsində Azərbaycan və Rusiya Prezidentlərinin ikitərəfli görüşü ən mühüm məqmlardan biri olmuşdur: Öz çıxışlarında Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, Rusiya münaqişənin nizamlanmasında mühüm rol oynayıb. Həmçinin Soçi görüşünün də əsas məqsədi tərəflərin bundan əvvəl keçirilmiş üçtərəfli görüşlərdə nail olduqları, o cümlədən 2020-ilin 10 noyabr tarixində imzalanmış Bəyanatda təsbit edilmiş bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək olub. Xüsusi olaraq belə bir məqama diqqət yetirmək lazımdır ki, Soçi görüşündə dövlətimizin başçısı uzun illər davam edən Qarabağ münaqişəsinə  iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə son qoyulduğunu bir daha vurğuladı. Buna görə də aparılan bütün danışıqlarda, imzalanan bütün bəyanatlarda Azərbaycanın qalib ölkə olması faktı hər zaman diqqətə alınmalıdır. Çünki üçtərəfli 10 noyabr Bəyanatı faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır. Bu gün isə artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində məhsuldar danışmaq və hərəkət etmək vaxtıdır. Ölkəmiz bir müddət əvvəl öz xoş məramını bir daha nümayiş etdirərək Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsipi irəli sürüb. Bu prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir və heç şübhəsiz onların əsasında münasibətlərdə normallaşmaya nail olmaq mümkündür. Yetər ki, Ermənistan bu məsələdə adekvat mövqedən çıxış etsin.
       
    Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli birgə Bəyanatının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: Soçi Bəyanatı birmənalı olaraq Azərbaycanın maraqlarına tam cavab verir. İlk növbədə bu sənəddə göstərilir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq edirlər. Bu isə o deməkdir ki, Ermənistan bundan əvvəl imzaladığı bütün bəyanat və razılaşmalarda, o cümlədən 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəlikləri icra etməli olduğunu bir daha təsdiqləyir. Həmçinin tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldiklərini də imzaladıqları bəyanatla bir daha təsdiqləyiblər. Bununla da Ermənistan məhz 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycan dövlətinin bu ərazidə suveren hakimiyyətini tanıdığını təsdiq edib.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          

     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    2. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    3. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    4. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    5. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    6. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    7. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    8. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    9. 23:30 Tarixi qələbəyə aparan yol
    10. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    11. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    12. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    13. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    14. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    15. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    17. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    18. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    19. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    20. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    21. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    22. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    23. 11:31 Masallıda Qurban bayramı - 2025
    24. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    25. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    26. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    27. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    28. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    29. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    30. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    32. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    33. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    34. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    35. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    36. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    37. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    38. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    39. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    40. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ