• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı gəncləri üçün sahibkarlıq mövzusunda maarifləndirici təlim

    Masallı gəncləri üçün sahibkarlıq mövzusunda maarifləndirici təlim


    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi “Gənc sahibkar” layihəsi çərçivəsində Masallı rayonu Gənclər Evində 18-29 yaşlar arası gənclər üçün sahibkarlıq mövzusunda təlim keçirmişdir.

    Tədbiri giriş sözü ilə Masallı rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov açaraq layihənin rayon gəncləri üçün əhəmiyyətindən danışmış və tədbirin işinə uğurlar arzulamışdır. Daha sonra çıxış edən layihənin rəhbəri, eyni zamanda təlimçisi Rövşən Bağırov layihənin məqsəd və vəzifələrindən bəhs etmişdir. O, qeyd etmişdir ki layihənin əsas məqsədi Cənub rayonlarında yaşayan gənclər arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və bununla bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə Masallı rayonu Gənclər Evində sahibkarlıq mövzusunda maarifləndirici təlim təşkil edilmişdir. Təlimdə 25 nəfər Masallı rayonundan olan gənclər iştirak etmişdir.

    Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin üzvləri təlimdə xüsusi fəallıq nümayiş etdirmişlər. Təlim zamanı onlara sahibkarlıq fəaliyyətinə başlamaq üçün müasir bazarın tələbləri və üstünlükləri, şəxsi biznesin yaradılması, sahibkar olmaq üçün vacib olan amillər və qanunvericilik haqqında ətraflı məlumat verilmiş və maraqlı fikir mübadiləsi aparılmışdır. Daha sonra gənclər Masallı rayonunun biznes imkanlarını təhlil etmiş və ən yaxşı biznes ideyanın seçilməsi üzrə qrup çalışmaları, təqdimatlar həyata keçirmişlər.

    Tədbirin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim edilmişdir.

    Məlumat üçün bildiririk ki, Cənub rayonlarında sahibkarlıq mövzusunda təşkil edilmiş təlimlər Astara, Lənkəran, Lerik və Masallı rayonlarında baş tutmuş və ümumilikdə 91 nəfər gənci əhatə etmişdir. Layihə çərçivəsində sonuncu təlimin 25 noyabr tarixində Cəlilabad rayonunda yaşayan gənclər üçün keçirilməsi planlaşdırılır. Bununla yanaşı daha çox gəncləri məlumatlandırmaq üçün sahibkarlıq mövzusunda nəşr edilmiş 1000 ədəd buklet onlar arasında paylanacaqdır.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ