• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Təbrik edirik!


    Vaqif Şükürov -80
    Ad günün mübarək!


    Dostlar, bir nemətdir ürək saflığı,
    Bir qulaq dincliyi, bir can sağlığı
    Qocalıq deyildir saçın ağlığı.
    Uca dağlar başı qarsız olmasın
               

     Mənim bir günüm də sizsiz olmasın…
    Bu gün sevinclə qeyd edirik ki, doğma Masallımızın inkişafı naminə gördüyünüz işlər, əldə etdiyiniz uğurlar mənalı ömür yolunuz sizə hörmət və ehtiram qazandırmışdır.

    Rayonumuzun sayılıb - seçilən ziyalılarından olan Vaqif müəllim rayonumuzun axarlı-baxarlı Göyəçöl kəndində, qulluqçu ailəsində, 1942-ci ilin 31 dekabr axşamı dünyaya göz açmışdır...

    Atası Şükürov Şükür Hacırza oğlu 1906-cı ildə rayonumuzun Göyəçöl kəndində dünyaya gəlmişdir.Orta təhsil aldıqdan sonra rayonun tanınmış ziyallarından biri olmuşdur. Sovet dövləti özünün hərbi gücünü artırmaq üçün Qafqazda, Tiflisdə hərbi akademiya açmışdı. Şükür Şükürov rus  dilini bildiyindən, fiziki cəhətdən sağlam olduğundan onu 1939-cu ildə Tiflis hərbi akademiyasına göndərirlər. O, baş leytenant rütbəsi ilə akademiyanı bitirir. Həm də arxa cəbhədə işləmək üçün ona "bron" da verilmişdir, yəni müharibə dövründə də belə kadrları cəbhəyə aparmırdılar. Şükür kişi Qarğalıqda, Qızılavarda kənd sovetinin sədri, rayonda bankın müdiri işləmişdir.
    Kooperativlər İtifaqının sədri, Masallı Rayon Partiya Komitəsində təbliğat, təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Harada işləməsindən asılı olmayaraq xeyirxahlığı, səmimiyyəti humanistliyi ilə böyük hörmət qazanmışdır. Bu gün də yaşlı nəsil onun adını ehtiramla yad edirlər. Sonralar Ş.Şükürov öz kəndlərində, Orconikidze kolxozunda sədr işləmişdir. Böyük Vətən müharibəsinin ilk illərində kəndlərdə, şəhərlərdə insanlar aclıqdan qırılırdılar. “Hər şey cəbhə üçün” şüarı altında taxıl ancaq ordu üçün göndərilirdi. Əhalinin aclıq çəkməsi Şükür  kişiyə çox pis təsir edirdi. "Bron" olsa da 1942-ci ilin fevralında könüllü cəbhəyə baş leytenant rütbəsində yola düşür.
           
     O, 1942-ci ildən 1944-cü ilə qədər hərbi hissənin komandiri kimi döyüş yolu keçmişdir. Mayor rütbəsində Krım uğurunda gedən döyüşlərdə həlak olmuşdur. Tanıyanlar Şükür kişini böyük məhəbbətlə xatırlayırlar. Ş.Şükürovun övladları, nəvələri və nəticələri onunla qürur duyurlar. Onu tanıyanlar haqqında xoş xatirələr  söyləyirlər.
             
    Vaqif Şükürov da belə vətənpərvər, zəhmətsevər halal ailədə müəllim Şükürov ilk təhsilini Göyəçöl 7 illik məktəbində aldıqdan sonra 8-9-10 – cu sinifləri Xıl kənd orta məktəbində bitirmişdir. Xıl məktəbinin direktoru Zakir Hüseynov (Öncəqaladan) sonradan Hacı Alışan Sultanov olmuşdur. Xıl orta məktəbində Əfruz Məmmədəliyev, Canalı, Nazir, Arif və Çingiz onun müəllimləri olmuşdur. O, 1959-cu ildə orta məktəbi bitirmiş, Göyəçöl 7 illik məktəbinə pioner baş dəstə rəhbəri təyin edilmişdir.
           
    1965-ci ildə V.İ.Lenin adına Pedaqoji İnstitutunun Azərbaycan dili Ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Təhsilini qiyabi yolla davam etdirən V.Şükürov 1962-1965-ci illərdə ordu sıralarında olmuşdur. Beləliklə. 1965-70-ci illərdə ali təhsilini başa vurmuş, doğma Göyəçöl məktəbində işləməyə başlamışdır.  O, 1990-cı ildə seçki yolu ilə  Göyəçöl kənd orta məktəbinə direktor təin edilmişdir. 1992-ci ildə PTŞ-yə Azərbaycan dili və Ədəbiyyatı üzrə metodist təyin edilmişdir.  1994-cü ilin yanvarından 2006-cı ilə qədər Masallı Rayon İcra Hakimiyyətində təhsil, səhiyyə və mədəniyyət şöbəsində baş məsləhətçi işləmiş, rayonda təhsil, səhiyyə və mədəniyyətdə gedən islahatlara rəhbərlik etmişdir. O, harada işləməsindən asılı olmayaraq kollektivin ehtiram və hörmətini qazanmışdır.
             
    İşlədiyi kollektivdə yalnız və yalnız hörmət, izzət gətirmişdir Övladları fəxr edə bilərlər ki, onların Vaqif kimi mərd, əqidəcə kamil, saf qəlbli ataları var. O, dostluqda möhkəm, təvazökar, səmimi, səriştəli, işgüzar, eyni zamanda haqqı dananlara qarşı amansız olmuşdur. Bu gün elə həmin əqidədədir.

    Kərbəla ziyarətində olan Vaqif müəllim nəvə, nəticə sahibidir. 8 övladı var, 4 oğlundan 3-ü ali təhsillidir. Hazırda 5 nəvəsi alı təhsil alır. Müdrik yaşlı kəndində, rayonumuzda böyük hörmət qazanmış, hazırda Dövlət qulluğu təqaüdçüsüdür, müdrik yaşındadır. Vaqif müəllim doğrudan da Vaqif kimi ailəcanlı, dost qazanmaq, yaxşı ata, baba əmi, dayı olmaqşagirdlərinin hörmətini qazanmaq hər ziyalıya nəsib olmur.
           
    Könlüncə yaşa, Allah verən 80 yaşlı cavan dost, gözəl insan, tanınmış ziyalı… Ocağın, çırağın həmişə gur yansın.
    ***

    Vaqiff müəllim ona həsr edilmiş bir şeirin tarixindən danışır. Deyir ki, 9 aprel 2021-ci il tarixdə bir gənc oğlan anası iləqəbulumda oldular. Qışın günü, Bakını tanmayan imkansız ananı kursa göndərirdilər. Göndərişi alıb, oxudum, ana, gedin işinizdə olun, dedim...Müdiriyyətə zəng vurub bu ananı, başqası ilə əvəz etməyi tapşırdım... Bir həftədən sonra  bu şeiri mənə təqdim etdi. Bəli xeyirxahlıq, yaxşılıq heçvaxt itmir!


    Mahmudavar ərazisinin Mololon kəndindən olan gənc mühəndis – meliorator Firdovsi SAHİBOĞLU “YAxşı adam” şeirində yazırdı:

    Ürəyin nə qədər genişmiş, qardaş,
    Hələ tanımamış sığına bildik.
    Elə qarşıladın bizi, biz səni
    İllərin doğması, yaxını bildik.
    Qəlbinin bu qədər genişliyi üçün,
    Sizə baş əyməyi qürur sayıram.
    Siz tək insanları dövrümüz üçün.
    Mən işiq sayıram, mən nur sayıram.
    Geniş ürəyinlə sən qalib gəldin,
    Qanun,qanun deyən ürəksizlərə,
    Müdafiə eylədin xəstə anamı,
    Hələ yazılmamış qanunları ilə
    Yaxşılıq heç zaman çıxmayır yaddan,
    Analar həm ana, həm bacı olur.
    Hər gün yaradanla danışır anam,
    Hər namaz qılanda duacın olur.


                 
    Dostları, ziyalılar adından        
    Faiq NAĞIYEV,
    Masallı mətbəəsinin direktoru,


     Elman RƏHİMOV,
    Göyəçöl bələdiyyəsinin sədri.  
    28.12.2022
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:41 Masallıda Rayon rəhbəri Şəhid analarını ziyarət etdi
    2. 16:38 Azərbaycana fəda edilmiş şərəfli ömür
    3. 16:34 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:34 Masallıda rayon rəhbərinin 24 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 16:05 Ələşrəf Niftiyevin "Deyək,Susmayaq " kitabının təqdimatı keçirilib
    6. 23:30 Dil bir xalqın ruhudur, kimliyidir
    7. 22:44 Masallıda rayon rəhbəri Ərkivan qəsəbə şəhidlər abidəsində
    8. 17:18 Masallıda rayon rəhbəri Babaser kəndində şəhid ailəsini ziyarət etdi
    9. 17:08 Masallının Boradigah qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    10. 16:59 Rayonun Boradigah qəsəbəsində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    11. 16:37 Masallının Boradigah qəsəbəsində rayon rəhbərinin 23 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    12. 15:35 “Bir kəmər, bir yol”
    13. 23:30 Azərbaycan Çinlə bütün istiqamətlərdə sıx əlaqələrə malikdir
    14. 23:30 Heydər Əliyevin  Azərbaycan dilinə verdiyi dəyər
    15. 18:12 Ulu öndər və ana dili
    16. 15:29 Masallı rayon İcra Hakimiyyətinə Vətən Müharibəsi iştirakçısının təyinatı oldu
    17. 18:00 Vətəndaşların nəzərinə!
    18. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    19. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    20. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    22. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    23. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    24. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    25. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    26. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    27. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    28. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    29. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    30. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    31. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    32. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    33. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    34. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    35. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    36. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    37. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    38. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    40. 13:36 Ziyalı işığında...
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ