Masallının Boradigah qəsəbəsində rayon rəhbərinin 23 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Boradigah qəsəbəsində rayon rəhbərinin 23 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu

    Masallının Boradigah qəsəbəsində rayon rəhbərinin 23 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu

    23 aprel 2025-ci il tarixdə rayonun Boradigah qəsəbəsində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 8 nəfər vətəndaş tərəfindən 11 məsələ qaldırıldığını, məsələlərdən 5-nin müsbət həll olunduğunu 6 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, Boradigah-Qumbaşı yolu 6 km məsafədə, Boradigah-Ərkivan yolu 2 km məsafədə cari təmir olunmuş, 4,8 km məsafədə daxili yollara çınqıl tökülmüş, 500 metr yol qreyderlə hamarlanmış, Boradigah ərazisində elektrik təsərrüfatı tam SİP kabelləşmiş, kabelləşməyə qədər ərazidə 1 transformator yenisi ilə əvəz olunmuş, 2 transformator təmir olunmuş, ərazidə 6.3 km məsafədə yararsız qaz xətti yenisi ilə əvəz olunmuş, 5 ədəd yeni qaztənzimləyici qurğu quraşdırılmış, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Daha sonra şöbə müdiri 6 ədəd artezian quyusunun qazılması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 750 ədəd və “Konstitusiya və Suverenlik ili” çərçivəsində 550 ədəd olmaqla ümumilikdə 1300 ədəd ağacın əkilməsi, 3 şəhid adına bulaq inşa edilməsi, 530 ədəd məişət tullantıları qutusunun qoyulması, Babaser kəndində 500 metr kənddaxili yolun işıqlandırılması, Babaser kənd ümumi orta məktəbində 2 sinif otağının cari təmir olunması və Babaser kəndinə girişdə kəndin adını göstərən giriş qapısının inşa edilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Vəhdət Xeyriyyə Cəmiyyətinin gördüyü işlər barədə əlavə məlumat verən şöbə müdiri qeyd etmişdir ki, ailə başçısını itirmiş 19 ailənin hər birinə hər ay 200 manat və 50 manatlıq ərzaq yardımı, ailə başçısını itirmiş bir ailəyə qəsəbədə ev tikilmiş və hal-hazırda təmiri davam etdirilir. Bir imkansız ailənin evinin dam örtüyü təmir edilmiş, Boradigah mərasim evi təmir olunmuş, ərazidə 3 xəstənin əməliyyat olunması üçün 16000 manata yaxın yardım göstərilmiş, Hemotologiya İnstitutunda əziyyət çəkən uşaqlardan 40 nəfərin ailəsinə hər birinə 3 kq ət, bir dializ xəstəsinə hər ay 200 manat, mütəmadi olaraq 300 ailənin hər birinə 3 kq ət və orta hesabla 60 manatlıq ərzaq yardımı olunmuşdur. Valideynini itirmiş 36 uşağa yeni il hədiyyəsi, məktəbli geyimi və dərs ləvazimatları alınıb imkansız ailələrə verilmiş, 2 km məsafədə içməli su xətti çəkilmiş, Boradigah istirahət parkında təmir işləri görülmüşdür. Mollaoba kəndində 40 imkansız ailəyə hər ay müxtəlif məbləğdə ərzaq və maddi yardımlar göstərilmişdir. Boradigah ərazisində ümumilikdə Vəhdət Xeyriyyə Cəmiyyəti tərəfindən 360000 manata yaxın məbləğdə xeyriyyə aksiyalarına vəsait sərf olunmuşdur.
    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşmış, qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin etmiş və müraciətlərin həlli istiqamətində tapşırıqlarını vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.









    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    2. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    3. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    4. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    5. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    6. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 09:07 Ərazi nümayəndəsinin tribunası
    8. 09:05 Allah rəhmət eləsin
    9. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    10. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    11. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    12. 13:52 Allah rəhmət eləsin
    13. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    14. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    15. 10:25 Bələdiyyə sədri
    16. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    17. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    18. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    19. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    20. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    21. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    22. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    23. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    24. 14:35 Yeni şeirlər
    25. 10:59 Perspektivli idmançıların aşkarlanması
    26. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    27. 15:56 100 illik ömrün işığı
    28. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    29. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    30. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    31. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    32. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    33. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    34. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    35. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    36. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    37. 14:19 QANLI YANVAR
    38. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    39. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    40. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ