Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Təcavüz” adlı tarix dərsi
- 20-02-2023, 21:10
- Maraqlı
- 0
- 254
Fevralın 20-də Masallı Tarix-Diyarşünaslıq Muzeyin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Təcavüz” adlı tarix dərsi keçirildi. Ə. Məmmədov adına Öncəqala kənd tam orta məktəbində keçirilən tarix dərsində məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Əvvəlcə Xocalı soyqrım qurbanları və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edərək, düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alındığını qeyd etdi.
Muzeyin əməkdaşı Sevinc Əliyeva Xocalı faciəsi və onun qurbanları haqqında geniş məruzə etmiş oldu.
Sonra Öncəqala kənd orta məktəbin tarix müəllimi Afiq Zahidov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoyduğunu, xalqımızın tarixinə parlaq Qələbə yazıb haqq-ədaləti bərpa etdiklərini xüsusi qeyd etmiş oldu.
Dərsin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılaraq şagirdləri Xocalı soyqırımına aid foto şəkillərlə tanış etmiş oldular.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az