“Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir
- 21-02-2023, 23:30
- Maraqlı
- 0
- 196
Masallı rayon Heydər Əliyev Mərkəzində 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə mədəniyyət işçiləri və Mərkəzin könüllüləri iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi və Türkiyədə baş vermiş zəlzələdə həyatlarını itirmiş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edərək hər zaman qardaş ölkənin kədərinə şərik olduqlarını bildiriblər.
Tədbiri Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə açıq elan edərək Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu qeyd edib. G. Vəkilzadə bildirib ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Daha sonra MKS-in 32 saylı filial müdiri Sevanə Mənsimova çıxış edərək ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verib.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az