• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib

    Masallıda “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib

    Masallıda “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib 

    Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib.
    Virtual tədbirdə muzeyin işçiləri, Bədəlan kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
    Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sukutla yad edilib.
    Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva 21 fevral – Beynəlxaq Ana Dili Gününün təsis edilməsi haqda geniş məlumat verib. O, qeyd edib ki, tarixin dərinliklərindən süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası kimi hopan ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, zənginliyi və ifadə imkanlarının bariz nümunəsi olan sanballı elmi və ədəbi-bədii əsərlər ortaya qoyulub.
    Bildirilib ki, hələ XIV-XV əsrlərin qovşağında yaşayıb-yaratmış, əsərlərilə təkcə Şərqdə deyil, bütövlükdə dünya ədəbiyyatının inkişafına xüsusi töhfə vermiş mütəfəkkir şair İmadəddin Nəsiminin şeirlərində ana dilimizin bədii imkanları və zərifliyi özünün dolğun ifadəsini tapıb. Bununla yanaşı, ana dilimizə xüsusi status qazandırmış, onu dövlətin rəsmi dili səviyyəsinə yüksəltmiş şair-hökmdar Şah İsmayıl Xətainin həm dövlət başçısı, həm də şair kimi dilimizin inkişafında müstəsna xidmətləri olmuşdur.
    Ə. Tağıyeva dilimizin bugünkü vəziyyəti və inkişafı istiqamətində görülən tədbirlərdən də bəhs edib. O, vurğulayıb ki, müasir dövrdə dilimizin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu öndərin dövlət başçısı olduğu dövrlərdə Azərbaycan dilinin inkişafı ilə bağlı müntəzəm olaraq Fərman və Sərəncamlar imzalanıb, müvafiq tədbirlər görülüb. Natiq Prezident İlham Əliyevin dövlət dilimizin inkişafına həssaslıq və qayğı ilə yanaşdığını, bu məqsədlə 2004-cü il yanvarın 12-də xüsusi Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
    Bədəlan kənd tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova çıxışında bildirib ki, milli-mənəvi dəyərimiz, varlığımız və bütövlüyümüzün təcəssümü olan ana dilimizi şagirdlərə düzgün tədris etmək, onun bütün gözəllik və incəliklərini onlara çatdırmaq, məktəblilərin nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək müəllimlərin öhdəsinə düşən vacib məsələlərdən biridir.
    Muzeyin elmı işçisi Dilgüşə Məmmədova dilimizin dövlət dili statusuna yüksəldilməsini tarixi hadisə olduğunu, bunun dilimizin sonrakı inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib.
    Bədəlan kənd tam orta məktəbinin şagirdlərindən İlqarə Şahbazzadə və Şəfəq Qədirova və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.

    www.yeniheyet.az
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ