• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bahar libaslı Masallı

    Bahar libaslı Masallı


    Bakı səmtdən gedərkən Masallı rayonunun mərkəzinə təxminən iki kilometr qalmış baharın gəlişi ilə yamyaşıl dona bürünmüş silsilə dağlar, şəhərin mərkəzində hündür dirəkdə vüqarla dalğalanan üçrəngli Azərbaycan bayrağı görünür. Şəhərə girəndə isə başqa ürəkaçan mənzərələrlə qarşılaşırsan - müasir inzibati binalar, yaşayış evləri, digər tikililər diqqəti cəlb edir.

    "ASAN xidmət", Olimpiya İdman Kompleksi, DAİM, polis şöbəsi və regional məhkəmə üçün inşa olunmuş binalar, boks və taekvendo mərkəzləri hər iki tərəfi xan çinarlarla əhatə olunmuş küçə boyu sıralanıb. Şəhərin mərkəzinə doğru irəlilədikcə isə  abadlıq, səliqə-sahman adamda könül xoşluğu yaradır. Fikirləşirsən ki, Ulu Öndərin səyi ilə 1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi"ndən pərvəriş tapan işlərdir bunlar. Neftdən gələn ilk gəlirlərin mühüm bir hissəsi 2004-cü ilin əvvəlində, daha dəqiq desək, fevral ayının 11-də Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı ilk dövlət proqramı çərçivəsində illər boyu yığılıb qalan problemlərin həllinə yönəldildi. Nəticədə ölkənin hər yerində olduğu kimi, Masallıda da yeni məktəblər, tibb ocaqları, uşaq bağçaları tikildi, köhnələri əsaslı şəkildə təmir olundu, parklar, xiyabanlar salındı, yeni istehsal müəssisələri yaradıldı, yollar çəkildi, əhalinin elektrik enerjisinə, təbii qaza, içməli suya olan tələbatının ödənilməsi üçün layihələr reallaşdırıldı. Kənd adamlarına verilən subsidiyalar, edilən güzəştlər onları yenidən torpağa qaytardı. Qəbul edilən sonrakı dövlət proqramlarının həyata keçirilməsi nəticəsində isə Masallı daha abad oldu və bugünkü inkişafına qovuşdu.

    Bunlar görülən işlərin yalnız cüzi bir hissəsidir. İndi ipək kimi rahat Ələt-Astara magistral şose yolu ilə gedərkən bu günlə müqayisəyə gəlməyən yaxın keçmiş kinolenti kimi gözlərimiz önündə canlanır. 44 günlük Vətən müharibəsində qazanılan qələbəmiz, ölkəmizin beynəlxalq aləmdə durmadan artan nüfuzu yada düşdükcə azərbaycanlı olmağınla qürur hissi keçirirsən.

    Heydər Əliyev dəfələrlə Masallıya səfər etmiş, burada yaşayıb ömür sürən insanlarla görüşüb səmimi söhbətlər aparmış, masallılılar haqqında xoş sözlər demişdir. Həqiqətən, Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları olan insanlar yaşayırlar. Torpaqlarımızın mənfur düşmənlərdən təmizlənməsi üçün Masallıdan olan yüzlərlə gənc qanından, canından keçərək qəhrəmanlıq nümunələri göstərmişlər. Onlardan 186 nəfəri Birinci Qarabağ, 62 nəfəri İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmişdir. İgid döyüşçülərdən 3 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı, 2 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş, 5 nəfər "Azərbaycan Bayrağı", 3 nəfər 3-cü dərəcəli "Rəşadət", 11 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, çoxlu sayda igid əsgər Qarabağın ayrı-ayrı rayonlarının azad edilməsində mərdlik göstərdikləri üçün müvafiq medallarla təltif olunmuşlar. Şəhid ailələri, qazilər, demək olar ki, hər cür qayğıkeşliklə əhatə edilmişlər. Şəhidlərin xatirəsinə 21 abidə, 45 bulaq tikilmişdir. Hazırda daha 3 bulaq və 1 abidə inşa edilir. 252 küçə, 55 məktəb və 3 uşaq bağçası onların adını daşıyır.

    Bu gün rayonun kənd adamları bahar qayğıları ilə yaşayırlar. Hər kəs istəyir ki, daha bol məhsul əldə etsin, gəliri çox olsun, ailəsini firavan dolandırsın, nəzərdə tutduğu arzu və istəyini reallaşdırsın, problemlərini yoluna qoysun. Buna görə də günəşlə bir oyanıb tarlaya yollanır, gün batanda geri dönürlər.

    Torpaq mülkiyyətçiləri, fermerlər cari ilin məhsulu üçün keçən ilin payızında 10 min 520 hektara taxıl əkmişlər. Bunun 7 min 720 hektarı buğda, 2 min 800 hektarı arpadır. Heyvandarlığın inkişafı üçün 2 min 626 hektara vələmir toxumu səpilmişdir. Sahələr vaxtında suvarılmış, gübrələnmişdir. Ziyanvericilərə, alaq otlarına qarşı mübarizə tədbirləri görülmüşdür. Bunlarla yanaşı, təbiətin mərhəməti sayəsində rayon ərazisinə düşən yağıntı bitkilərin normal boy atmasına şərait yaratmışdır. Boru fazasına qədəm qoyan taxıllar sünbül bağlamaq ərəfəsindədir. Fermerlər isə biçinə hazırlıq tədarükündədirlər. Kombaynçılar texnikalarının bütün hissələrini dönə-dönə yoxlayıb onları start xəttinə çəkirlər.

    Digər becərmə-yığım işləri də davam edir. Polietilen örtük altında becərilən çiyələk əkinlərində seçmə yolla məhsul yığımına artıq başlanılmışdır. Rayon üçün xarakterik əkin növlərindən biri də kartofdur. Cari ilin əvvəlində 857 hektarda kartof toxumu əkilmişdir. Hazırda becərmə işləri ilə yanaşı, məhsul yığımına hazırlıq da görülür. Bunlardan əlavə, rayonda yazlıq bitkilərdən 171 hektar paxla, 196 hektar noxud, 36 hektar mərci, 46 hektar lobya, 35 hektar lərgə, 10 hektar kələm, 77,5 hektar badımcan, 5,5 hektar bibər, 112 hektar yemiş, 5 hektar qarpız, 9,8 hektar soğan, 81,5 hektar sarımsaq, 221 hektar göyərti, 17 hektar zəfəran əkilmişdir.

    Başqa sahələr də unudulmur. İşıq təsərrüfatı yenilənir, təbii qaz və su təminatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir.


    Seyran CAVADOV,
    "Azərbaycan"  




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ