Masallıda “Hərəyə bir ağac əkək” kompaniyası
- 7-03-2018, 18:33
- Maraqlı
- 0
- 1 951
Masallıda “Hərəyə bir ağac əkək” kompaniyası
Masallı rayonunda “Hərəyə bir ağac əkək” kompaniyası uğurla davam edir.YAP Masallı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində növbəti ağacəkmə kompaniyası keçirmişdir.
Ağacəkmə aksiyası martın 6-da rayon Meşə Mühafizəsi və Bərpası müəssəsinin birgə təşkilatçılığı ilə Güllütəpə ərazisinin Yeni Zuvand dağ massivində gerçəkləşib.
Partiya üzvlərinin fəal iştirak etdiyi aksiyada gün ərzində müxtəlif növ 4700 ədəd ağac əkilmiş, ərazidə təmizlik işləri aparılmış, ağaclara aqrotexniki qulluq göstərilmişdir. Ağacəkmə kompaniyasının əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına layiqli töhfə verəcəkdir.
“Yeni həyat”,
www.yeniheyet.az