Masallıda “Qurtuluş yürüşü 2023” adlı marafon » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Qurtuluş yürüşü 2023” adlı marafon

    Masallıda “Qurtuluş yürüşü 2023” adlı marafon


    Masallı rayonunda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş yürüşü 2023” adlı marafon keçirilib.

    Marafon Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı Rayon Təşkilatının, Azərbaycan Atletika Federasiyasının  təşkilatçılığı və Bakı Marafon Klubunun dəstəyi ilə baş tutub.
    Yürüş iştirakçıları rayonun Heydər Əliyev parkından start götürərək Masallı şəhəri üzrə 10 km məsafəni qət etdikdən sonra təyin olunan finiş xəttinə yaxınlaşıblar.

    Marafon yürüşünü maraqlı edən məqamlardan biri də peşəkar idmançılarla yanaşı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun da 10 km məsafəni fasiləsiz qaçması olub.

    “Qurtuluş yürüşü 2023”-ün mükafatlandırma mərasimi öncəsi Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizin hər yerində olduğu kimi Masallıda da silsilə yubiley tədbirləri keçirilir.

    “Bayram günlərinə təsadüf edən bu möhtəşəm tədbir rayonumuzun istər idman, istərsə də ictimai-siyasi həyatında əhəmiyyətli olduğu qədər bütün masallılar üçün bayrama çevrilib” – deyərək, rayon rəhbəri əlavə edib.

    “Sağlam bədəndə sağlam ruh olar” sözləri ilə çıxışını yekunlaşdıran RİH başçısı bir daha marafon qaliblərini təbrik edərək qeyd edib ki, bu tədbirə qoşulan hər kəs qalibdir.

    YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Sevda Mirzəyeva, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Bakı Marafon Klubunun təsisçisi və rəhbəri Firdovsi Kərimov, Tunis Dünya Qran-Prisinin (2019) qızıl mükafatçısı Elşən Quliyev və başqaları xalqımızın qürur və şərəf günü kimi Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə marafon iştirakçılarını və qalibləri təbrik edərək tədbirin təşkilatçılarına, tərəfdaşlıq edən bütün qurumlara minnətdarlıqlarını ifadə ediblər.
    Bayram əhval-ruhiyyəli tədbirdə “Halay” folklor kollektivinin çıxışı alqışlarlara qarşılanıb.

    Marafonda fərqlənənlər təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli medal və diplom, eləcə də təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif ediliblər.










    “Yeni həyat” qəzeti
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ