Azadlığın, şəhər günün mübarək, Füzuli » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azadlığın, şəhər günün mübarək, Füzuli

    Azadlığın, şəhər günün mübarək, Füzuli



    2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına illərdir gözlədiyi xəbəri verdi. Füzuli rayonu və bir çox ətraf ərazilər işğaldan azad olunmuşdu. Bu xəbər bütün Füzuli sakinlərinin 30 illik həsrətinə son qoymuşdur. Füzuli döyüş meydanında rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdir. Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də “Füzuli Şəhəri Günü” təntənəli şəkildə qeyd edilir. Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Düşmən tərəfindən evləri sökülüb talan edilən, meşələri qırılıb məhv edilən Füzuli rayonu bu gün həyata keçirilən bərpa-quruculuq işləri nəticəsində yeni və daha gözəl görkəm almaqdadır. Füzuli şəhərində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur. Artıq Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir hissəsi doğma yurda dönüb, həsrətnə son qoyub.

     Fəxrlə deməliyəm ki, Füzuli sakinlərinin doğma yurdlarında rahat və xoşbəxt yaşaması üçün bütün zəruri tədbirlər görülür. Çox sayda insan öz evinə köçüb. İlin sonuna qədər onların sayıdaha da atacaq. Beləliklə 2026-cı ilin sonunda 22 min insan Füzulidə yaşayacaq. Ümumilikdə isə həmin vaxt Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacağı gözlənilir. Cənab Prezident İlham Əliyev Füzuli əhalisi ilə görüşündə demişdir ki, Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır. Vətən müharibəsində  Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.

    Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı - qaçmaq. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir. Bir vaxtlar biz bu tarixi Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd edirdik. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib- Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

          
     Şəhər günün  mübarək, Füzuli!

     

    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ