Füzulinin yeni inkişaf dövrü » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Füzulinin yeni inkişaf dövrü

    Füzulinin yeni inkişaf dövrü


     

    2020-ci ilin 17 oktyabrı tarixin səhifələrinə və təqvimə Füzulinin erməni işğalından azad olunması qürurunun təntənəsi kimi düşüb. Möhtərəm Prezident İlham Əliyevin 2023-cü  il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.Bu gün  oktyabrın 17-də Füzuli  şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.

    Vətən müharibəsi zamanı ən ağır döyüşlər Füzuli uğrunda getdi.  30 il ərzində düşmən təmas xəttində elə bir möhkəm istehkam qurmuşdu ki, onu yarmaq böyük güc və zaman tələb edirdi. Lakin Azərbaycan Ordusu bunun öhdəsindən gəlməyi bacardı; Bu gücün qarşısında düşmən öz silahlarını yerə qoyub torpaqlarımızdan qaçdı. Füzuli işğalçılardan təmizləndi. Füzuli döyüşən şəhər adını qazandı. “Füzuli əməliyyatı” hərbi kitablara tövsiyə olundu. Rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edildi ümumilikdə müharibənin gedişində rayonun 62 yaşayış məntəqəsi işğaldan qurtarıldı. Azərbaycan gerçəkdən qürur duyulası bir qələbəyə imza atdı.

    Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması ilə onun inkişafının icrasına start götürüldü. 2021-ci il yanvarın 14-də Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu.

    Tez bir zamanda Füzuli şəhərinin Baş planı təsdiqləndi. Mart ayında 180 çarpayılıq xəstəxananın bünövrəsi atıldı. İyun ayında Füzuli-Hadrut avtomobil yolunun tikintisinə başlanıldı. Avqust ayında “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı oldu. Oktyabrda Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2022-ci ilin mayın 10-da baş tutdu.2023–cü ildə Füzuli rayonunun Pirəhmədli, Dədəli kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlləri qoyuldu.Çox qısa zamanda görülən bütün işlər, rayonun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələrin sürətlə icra olunması imkan verdi ki, məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına geri dönsünlər başladı. 

    Artıq Qarabağımızın, Füzulimizin yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da yeni nəfəs gəlib. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yerlər indi geniş tikinti meydançasına çevrilib. Böyük Qayıdış Proqramı çərçivəsində qısa müddətdə Füzuli şəhərində 258 ailə olmaqla, 928 nəfərin daimi məskunlaşması təmin edilib. Onlar Azərbaycan dövləti tərəfindən müasir üslubda tikilən evlərlə təmin olunublar. Əminliklə demək olar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət, işğaldan azad olunan ərazilərdə fasiləsiz davam etdirilən quruculuq işləri Qarabağ və Şərqi Zəngəzurun hər bir guşəsi kimi Füzulinin də cənnətə çevriləcəyindən xəbər verir.

     

                      
    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

     

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ