ALLAH RƏHMƏT ELƏSİN » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » ALLAH RƏHMƏT ELƏSİN

    ALLAH RƏHMƏT ELƏSİN

     

    MƏMMƏDAĞA MƏMMƏDƏLİ OĞLU ŞİRİYEV 
     
    Masallı rayon ictimaiyyətinə itki üz verib. 
    Gözəl insan, vətənpərvər ziyalı, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı Masallı rayon şöbəsinin sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Məmmədəli oğlu Şiriyev 16 fevral 2025-ci il tarixində, ömrünün 74-cü ilində dünyasını dəyişib.

    Məmmədağa Məmmədəli oğlu Şiriyev 26 noyabr 1950-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Orta təhsilini Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbində alıb. Sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub. Tələbəliyi 1969-1974-cü illəri əhatə edir. Avtomobil istismarı ixtisasına yiyələnib, işləmək üçün Özbəkistan Respublikasına təyinat alıb. 1979-cu ilin payızında Özbəkistanın Qaşqadərya vilayətində yolların təhlükəsizliyini təmin edən dəstəyə rəhbərlik edib. 1981-ci ildə ikinci ali məktəbə – SSRİ DİN Daşkənd Ali Milis Məktəbinə qəbul olub, 1986-cı ildə “Fərqlənmə” diplomu ilə qurtarıb. 1982-ci ildən Mübarək Rayon Dövlət Yol Polisi Xidmətində rəhbər vəzifədə işləyib. 

    1989-cu ildən Azərbaycanda, DİN sistemində xidmətini davam etdirib. 1989-1991-ci illərdə Astara RPŞ-də, 1991-1996-cı illərdə Boradigah polis bölməsində (Masallı) işləyib. 1996-2005-ci illərdə Masallı RPŞ-nin qərargah rəisi – rəis köməkçisi vəzifəsində çalışıb. 13 dekabr 2005-ci ildə polis polkovnik-leytenantı rütbəsində istefaya çıxıb. 
    İşlədiyi müddətdə dəfələrlə mükafatlandırılıb, “Milis əlaçısı” döş nişanı (1977), Usta məharət dərəcəsi, “Daxili İşlər orqanlarında qüsursuz xidmətlərə görə“ medalları ilə təltif olunub, tutduğu xidməti vəzifə rütbəsindən bir pillə yuxarı -polkovnik-leytenant xüsusi rütbəsinə mükafat qaydasında (1997) layiq görülüb.

    M. Şiriyev 2014-cü ildə Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları veteranları təşkilatı Masallı rayon şöbəsinin sədri vəzifəsinə seçilib. İşlədiyi dövrdə “Veteran həmrəyliyi ”, “Qələbənin 70 və 75 illiyi “ (2015, 2020), General Həzi Aslanov və Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Təşkilatının yaradılmasının 30 illiyi ( 1988-2018) yubiley medalları ilə təltif edilib.
    YAP Masallı Rayon Təşkilatı və Ağsaqqallar Şurasının fəal üzvü idi.

    Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirdi. Bu fəaliyyətinə görə dəfələrlə Masallı Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və digər təşkilatların Fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

    O, İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq salnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş  “Masallıdan Qələbəyədək”  adlı 2 cildlik kitabın müəllifidir.

    Məmmədağa Şiriyev dövlətini, millətini sevən insan idi. İstər polis orqanlarında, istərsə də ictimai vəzifələrdə çalışdığı müddətdə işinin öhdəsindən layiqincə gəlirdi. Rayon ərazisində yaşayan Böyük Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri ilə mütəmadi əlaqə saxlayır, gənc nəslə vətənpərvərlik nümunəsi göstərir, onlara əsl vətəndaş olmağın sirlərini öyrədirdi.

    Mehriban, qayğıkeş ailə sahibi idi. Həyat yoldaşı, polis mayoru Validə Şiriyeva ilə ailədə 5 övlad böyüdüblər. 
    Xalqa, el-obasına bağlı ağsaqqal, vətənpərvər ziyalı Məmmədağa Şiriyev onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az      
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ