• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Təhsilin inkişaf priotetləri

    Təhsilin inkişaf priotetləri


    Yeni epoxada məktəbəqədərki uşaqların mərhələli əqli inkşafı

    Böyük İslam Peyğəmbəri Hz. Məhəmməd (Ə) deyir ki, valideynin övladına verə biləcəyi ən böyük sərvət yaxşı tərbiyə və savaddır. Onun varisi Hz. Əli (Ə) deyir ki, elmi beşikdən qəbr evinə qədər öyrən!
    Dünya şöhrətli mütəfəkkirimiz Şeyx Nizami yazır:
    Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!
    Pedaqogika sahəsində çox böyük kəşflər edilmişdir, uşaq pisxologiyasına bələd olanlar müasir dövrdə bunların da kifayət etmədiyini çox yaxşı bilirlər.Şərqdə ilk müsəlman müstəqil Demokratik Azərbaycan Respublikasının yeni dövrünün varisi müstəqil ölkəmiz 90-cı illərin gərgin ictimai-siyasi olaylarından dərhal sonra qarşısında duran ən vacib məsələlərdən biri də yeni təhsilin formalaşdırılması idi. Bu dövrün memarı və qurucusu Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gələcək nəslin (Homo inteqres) formalaşdırılmasını güdən müasir təhsil sisteminin bünövrəsi qoyuldu. Bundan sonra milli təhsil konsepsiyasına start verildi.

    Sonradan uşaqların böyük dostları Heydər Əliyev və onun siyasi kursunun varisi, dünya şöhrətli siyasətçimiz İlham Əliyev bu təhsil konsepsiyanı inkşaf etdirdi. Təhsilimizin belə bir tarixi şəraitində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna zəhməti vardır.
    BMT-nin XXI əsri “Təhsil əsri” elan etməsi rəqabətin yaşamaq uğrunda mübarizənin getdikcə böyük vüsət aldığı müasir dünyada irəli gəlir. Keyfiyyətli, səmərəli və davamlı təhsilə hazırkı dövrün ən aktual məsələsi olaraq baxılır.
    Tərbiyə pedaqogikası arzuolunmayan irsi əlamətlərin tormozlanması metodunu yaradır. Eyni zamanda, müsbət, xoşagələn adətlərin inkişafına, onların bioloji mexanizimlərinin fəallığını təmin edir.

    Tərbiyəvi keyfiyyətlərin aşılanması prosesinin fasiləsizliyi artıq özünün xüsusi, irsiyyətin kamilləşmısi və belə ictimai təbəqənin yaranmasına xidmət edir.
    Şəxsiyyətin dolayı vasitə yolu ilə qeyri-sağlam formalaşdırılmasına mane olarkən biz həm də sağlam nəsillərin əsasının qoyulmasına nail oluruq.

    Hər bir yeni nəslin formalaşdırılmasında tərbiyənin rolu eynidir, zaman keçdikcə onun tələbləri müəyyən dəyişiklərə məruz qalır.
    Hazırda qloballaşan və dəyişkən dünyanın belə bir zamanında yeni nəslin elmi biliklərə yiyələnməsində bəzi çətinliklərin aradan qaldırmaq məqsədini güdən eyni zamanda gələcəkdə cəmiyyətimiz üçün tam dəyərli insanların formalaşmasını təmin etmək, onların məktəbəqədərki yaş xususiyyətlərini nəzərə almaq şərtilə uşaqların əqlinin mərhələli inkişafı, gələcəkdə onların bütün həyatları boyu xususi əhəmiyyətə malikdir.

    Məhz yuxarıda vurğulananlar baxımından istər xaricdə istərsə də ölkədaxili uzunmüddətli  müşahidələrimizin nəticələri əsas verir ki, təklif etdiklərimizə valideyinlər bir mötəbər əsas kimi yanaşa bilərlər.
    Uşaq üç yaşında nəyi bacarmalıdır?

    1. Ağırlıqla yüngüllük arasında fərqi müqayisə etməli. Məsələn, boş kibrit və ya plastilin qutularının dolu qutular arasındakı fərqi;
    2.Üç cümləni ardıcıl təkrarlamağı, ona qədər kiçik cümlə düzəltməyin sözlərin düzgün hecaya ayırmağın öhdəsindən gəlməlidir;
    3.Nümunəyə əsaslanaraq detallardan həndəsi fiqurlar hörməyi (yaxşı olar ki aparıcı əvvəlcə özü hörsün sonra uşağa onu təkrarlamağı təklif etsin);
    4.Çoxluqla azlıq arasındakı  fərqi müəyyən etməyi, məsələn, beş qələmlə üç qələm arasındakı fərqi;
    5.Üç yığımda dörd  rəqəmdən ibarət toplunu səhvsiz təkrarlamağı, məsələn 1,5,8,6, 7,3,9,4, 3,8,2,5;
    6.Ev əşyaları haqqında verilən  suallara düzgün cavab verməyi, məsələn, balta nə üçün lazımdır? Bəs nərdivan?
    7.Ən azı dörd rəngi  dəqiq tapmalıdır: ağ, qara ,qırmizi, yaşəl, sarı ,göy;
    8.Sutkanın (gecə, gündüzün) vaxtını ayırd etməyi, məsələn, hansı tez olur: səhər yaxud axşam; gecə yaxud gündüz?
    9. Neçə yaşı olduğunu bilməlidir. Bəs keçən il yaşı neçə olub? Onda gələn il neçə olacaq?
    10.Rəsm əsəri haqqında danışmağı bacarmalıdır( belə hallarda köməkçi suallar yerinə düşərdi);
    Dörd yaşında

             1.Rəsm əsəri haqqında(sujetli rəsm)əlaqəli danışmaq.
             2.On beş kiçik cümləni çətinlik çəkmədən təkrarlamağı.
             3.Sutkanın vaxtlarını ardıcıl müəyyən etməyi;səhər,günorta ,axşam, gecə
             4. Sağ və sol tərəfi əllərinin köməyi ilə dəqiq ayırd etməyi ,məsələn; sağ əli  sol qulağını göstərə bilməlidir.
             5. Məsələn, əllər və ayaqlarındakı barmaqları saymağı,müqayisə edir və nəticə çıxarır:hamısında bərabərdir,yəni beşdir.
             6.    On beşə qədər saymağı.
             7.    Dörd rəqəmdən ibarət dörd toplumu təkrarlamağı 5,1,7,9;3,2,8,4;9,0,2,5; 4,6,3,2.
             8.    Sadə məsələni asan həll etməyi,məsələn ;səndə üç konfet vardı,daha iki konfet verdilər.Cəmi neçə konfetin oldu?
             9.    Altı rəngi fərqləndirməyi: ağ ,qara,qırmızı,yaşıl,sarı ,göy.
             10.  Nisbətən çətin sualı verməyi,məsələn;əgər,küçədə qəfildən yağış başlasa, nə etmək lazımdır?(şübhəsiz qorunmaq lazımdır).

    Beş  yaşında

    1.Həndəsi fiqurlar(dairə,kvadrat,üçbucaq,düzbucaqlı)adlarını,onları müqayisə etməyi (oxşar və ya müxtəlifdir)
    2.Təkliklərin sayını (1alma,2alma,5alma)
    3.Hərfləri mexaniki yazmağı (nümunələrdən istifadə etməklə)
    4.Dörd yığımda altı rəqəmli toplunu təkrarlamağı (3,5,7,9,0,2;1,4,6,0,5;2,3,5,7,9,)
    5.İki sujetli rəsm əsərləri haqqında nağıl qurmağı (bəzi detalları özudə əlavə edir)
    6.Ayaqqabının bağını səliqəli, paltarlarının düymələrini yerli-yerində bağlamağı.
    7.Əşyalarda müqayisə yolu ilə oxşarlığı tapmağı (Məsələn: daş və yumurta bərkdir; kəpənək və müzəngil uçurlar.
    8.Həftənin yeddi gününün adlarını saymağı
    9.Ümumi nəticə çıxarmağı: Məsələn: pişik ev heyvanıdır, top isə oyuncaqdır.
    10.Yeddi əsas rəngi bir-birindən ayırmağı (rəng ahənglərini müəyyən edə bilir, qaranı qaramtıldan, bozu bozumtuldan seçir);
    11.Uzunluğu eni və hündürlüyü ölçməyi;
    12. Bir metr uzunluğa əlli santimetr hündürlüyə tullanmağı. Altmış metr məsafəni qaçmağı (fasilə vermədən otuz dəqiqə bədən tərbiyəsi ilə məşğul olur);
    13. Öz vaxtını planlaşdırıb səmərəli təşkil etməyi;
    14. Əgər oxumağı bacarırsa, bu işlə yeddi-on dəqiqədən artıq vaxt sərf etməlidir, gözlərdən kitaba qədərki məsafə 25-35 santimetr olmalıdır;
    15. Hansı ölkədə, hansı yaşayış məntəqəsində məskunlaşdığını bilməlidir;
    16. Oxşarlığı və müxtəlifliyi müqayisə etməyi, düşünüb nəticə çıxarmağı bacarmalıdır;
    17. Öz fikrini ətrafdakılar üçün açıq-aydın, dəqiq ifadə etməyi, əşyanın, rəsmin, hadisənin təsvirini verməyin öhdəsindən gəlməlidir;

    Bəs uşaq məktəbə daxil olanda nəyi bacarmalıdır?

    Uşağı məktəbə hazırlığını, adətən, bəzi valideynlər onun geniş biliyə və təsəvvürə malik olmasında görür, bunu əsas göstərici sayırlar. O, bu bilikləri məhz uşaqlıq illərində qazanır, çox geniş dairəyə malik biliklə uşaq ilk dəfə məktəbə gələ bilər. Bu çox yaxşıdır, lakin eyni zamanda, məktəbin ona təqdim etdiyi müxtəlif tələbləri yerinə yetirən zaman uşağın məktəb həyatına tam hazırlıqsızlığı aydınlaşır.
    Sadalanan mövcud səbəbə görə dünyanın nüfuzlu pedaqoqların və psixoloqlarının bu sahədə əldə etdikləri nailiyyətlərini və yeni milli təhsil konsepsiyanın tələblərini əsas sayaraq, uzun müddət bölgəmizdə apardığımız müşahidələrdə əldə etdiyimiz nəticələrdən aşağıdakı qənaətə gəlirik.
    1.Məktəbdə öyrənmənin gedişi uşaqdan təfəkkür əməliyyatından düzgün
    istifadə etmək bacarığı, ümumiləşdirməni, təhlili, nəticəni və sair tələb edir. Lakin intellektual hazırlıq, bunlarla məhdudlaşmır.
    2.Uşaq şəxsi istəyindən asılı olmayaraq, məktəb tapşırıqlarını müntəzəm və tamamilə yerinə yetirməyi bacarmalıdır.
    3.Uşaq yeni həyat tərzinə, adamlar arasındakı münasibətlərə, ilk növbədə müəllimləri və şagird yoldaşları ilə yeni münasibətlərə hazır olmalıdır.
    4.Onun təfəkkürü o qədər inkişaf etməlidir ki, adi mücərəddləri asanlıqla müşahidə etməyi, yaradıcılıq təsəvvüründə ona məlum olan nəticələri vaxtında və düzgün çıxarmağı bacarmalıdır.
    5.Uşağın danışığı qrammatik cəhətdən savadlı,həm də ifadəli olmalıdır, uşaq müxtəlif oyun növlərini bilməli, əməyin sadə formalarına yiyələnməli, rəsm çəkməyi, hörmə, yapma, tikişi və s. müxtəlif bacarmalıdır. Musiqi onun həyatında xüsusi yer tutmalıdır.

    6.Uşağın –gigiyenik və ictimai qaydalardan düzgün istifadə bacarığı olmalıdır.
    Onun müəyyəyn qədər mənəvi-psixoloji təcrübəsi olmalıdır ki, həyəcanlı anlarda özünü təmkinli aparmağı bacara bilsin.

    7.Uşaq özünün psixi proseslərini: hiss, həyəcan, sevinc, kədər və s. ifadə
    etməyi, hərəkətlərini və yerişini idarə etməyi bacarmalıdır.

    Valideynlər dərk etməlidirlər ki, bütün bu tələb olunanlara bir il ərzində uşağı hazırlamaq qeyri mümkündür. Onlar şəxsiyyətin hərtərəfli formalaşmasına yönəldilən uzun prosesin başlanğıcıdır.

    Valideynə lazım olan uğurlu təlim-tərbiyə prosesinə başlamaq üçün o, özü ilk növbədə məktəbəqədərki xüsusiyyətləri uşağa aşılamalıdır. Bunlar əsasən aşağıdakılardır:
    1.Uşaqların müxtəlif mənalı rollarda çıxış etməsini təmin etməlidir. Belə olan
    halda uşaq onu əhatə edənlər arasında özünü müxtəlif rollarda aparmağa çalışır. Bu isə onun gələcəkdə məktəbdəki şagird rolunun düzgün ifasına istiqamətdir.
    2.Uşağı müxtəlif didaktiv oyunlara alışdırmaq lazımdır. Onun nəticəsi (əsasən
    udmaq!) əsas kimi uşağın qarşısında məqsəd kimi qoyulmalıdır!
    3.Uşağın yaşını nəzərə almaqla fəaliyyət növlərindən səmərəli istifadə
    edilməlidir. Məsuliyyət zamanı (yapma, tikmə, rəsm çəkmək, quraşdırma-konstruktor işi və s.) müsiqi dinləməyi və ondan zövq almağı uşağa anlatmaq lazımdır.

    4.Uşaqla həyatın müxtəlif sahələrinə aid elmi-paktik söhbətlər aparılmalıdır
    ki, o bunların zəruriliyini şüurlu sürətdə dərk etsin. Nəticədə özünün yerini bilsin və daha yüksək keyfiyyətlərə can atsın.



    Rəvvad QURBANOV,
    psixoloq, tədqiqatçı-pedaqoq.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:09 Masallının Musakücə kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 01.10.2025
    2. 16:04 Rayon rəhbəri şəhid Nurlan Malikovun ailəsini və məzarı ziyarət etdi
    3. 16:01 Masallıda şəhid Ətrafil Məmmədovun anım günü
    4. 15:45 Masallıda  “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı tədbir
    5. 15:24 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşların növbəti qəbulunu keçirmişdir
    6. 22:37 Masallıda Prokurorluq işçilərinin Peşə bayramı – 107
    7. 22:31 Masallının Musakücə kəndində 01 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    8. 22:28 Rayon rəhbəri Bala Kolatan kəndində şəhid məzarlarını ziyarət etdi
    9. 22:24 Musakücə kəndində qədim sənət: Həsirçilik
    10. 22:22 Masallıda tullantıların daşınması üçün yeni pres maşını istifadəyə verildi
    11. 19:19 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-30 sentyabr 2025-ci il
    12. 19:17 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 sentyabr 2025
    13. 19:16 Masallıda 15-30 sentyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    14. 19:13 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 sentyabr 2025
    15. 16:01 Sığdaş ərazisində kənddaxili küçəyə asfalt örtüyü döşənib
    16. 12:02 Sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq
    17. 13:51 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi
    18. 13:47 Rayon rəhbərliyi Ərkivan qəsəbəsində Şəhidlər Abidə Kompleksini ziyarət etdi 27.09.2025
    19. 13:41 Masallıda “Zəfər qələbəsinin başladığı gün” mövzusunda tədbir
    20. 13:35 Masallıda Anım günü ilə əlaqədar gülqoyma mərasimi
    21. 17:32 Masallıda “Çəltik və Düyü” festivalı
    22. 22:30 25 Sentyabr 2025-ci il tarixində  27 Sentyabr-Anım Gününə həsr olunmuş “Əbədi yaşar Qəhrəmanlarımız” adlı tədbir keçirilib
    23. 18:07 Masallıda inzibati ərazi nümayəndəliklərində ağacəkmə aksiyaları
    24. 11:33 Masallıda rayon rəhbərinin 25 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 10:56 “Qəlblərdə Yaşayan Qəhrəmanlar”
    26. 18:58 Masallıda 2025-cü ilin oktyabr ayına olan səyyar-görüş qəbulları barədə
    27. 17:35  27 sentyabr Azərbaycanda Anım Günüdür  
    28. 17:17 27 sentyabr  Anım Günü şəhid ruhlarına ali ehtiramın göstəricisidir
    29. 16:15 Masallıda 27 sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası
    30. 16:10 Masallının Böyük Kolatan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 24.09.2025
    31. 16:07 Masallının Böyük Kolatan ərazisinin Bala Kolatan kəndində 24 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    32. 15:53 Təhsilin inkişaf priotetləri
    33. 16:56 “Çəltik və Düyü festivalı” ilə əlaqədar ELAN
    34. 08:41 Masallıda Polis əməkdaşları tərəfindən lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı
    35. 09:17 Masallıda “Sənətkar ömrü” adlı görüş keçirilib
    36. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    37. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    38. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    39. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    40. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    «    Oktyabr 2025    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ