Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 08:44
- Maraqlı
- 0
- 23

Hörmətli cənab Prezident!
Mən bir şəhid anası olaraq bu məktubu Sizə dərin hörmət və minnətdarlıq hissi ilə yazıram. Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğını hər zaman hiss edirik. Şəhid oğlum Bəyalının adını daşıyan nəvəmin bu yaxınlarda sağlamlığı ilə bağlı yaranmış problem yüksək səviyyədə öz həllini tapdı. Bizim üzləşdiyimiz çətinliklərin dərhal aradan qaldırılmasını daim diqqətdə saxladığınıza görə Sizə təşəkkür edirəm.
Cənab Prezident, Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı başını dik tutaraq qürurla yaşayır, gələcəyə inamla baxır və hər yeni günü daha böyük ümidlə qarşılayır. Sizə olan inamımız sarsılmazdır. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətinizdə uğurlar, Azərbaycan dövlətinə və xalqına daim əmin-amanlıq, firavanlıq arzulayıram.
Hörmətlə,
Tahirə Mustafayeva, şəhid anası
Azərbaycan Respublikası, Masallı rayonu, Böyük Xocavar kəndi.





























