Azərbaycan və türkiyənin vahid mövqedən çıxış etməsi Türk dünyasının inkişafına ciddi töhfə verəcəkdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan və türkiyənin vahid mövqedən çıxış etməsi Türk dünyasının inkişafına ciddi töhfə verəcəkdir

    Azərbaycan və türkiyənin vahid mövqedən çıxış etməsi Türk dünyasının inkişafına ciddi töhfə verəcəkdir


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildikdən sonra ilk xarici ölkəyə səfəri Şimali Kipr Türk Respublikasına daha sonra isə Azərbaycana oldu. Cari ilin 13 iyununda gerçəkləşən bu səfəri xalqımız da səbirsizliklə gözləyirdi. Əslində buna sadəcə səfər olaraq baxmamalıyıq. Bildiyimiz kimi Şuşa Bəyənnaməsinin imzalanmasından iki il ötür. Səfər zamanı, Şuşa Bəyənnaməsinin ikinci ilində Türkiyə və Azərbaycan münasibətlərinin çatdığı səviyyə, münasibətlərin daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə edilmiş, siyasi və iqtisadi münasibətlərin daha yüksək səviyyədə inkişafı üçün qərarlar alınmışdır. Bunu hər iki ölkənin dövlət başçılarının görüşündən sonra mətbuata verdikləri bəyanat da sübut edir.

    Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanı səmimiyyətlə salamlayan ölkə başçısı “Azərbaycana, Vətəninizə xoş gəlmisiniz.”-deyə xitab etməklə bu iki ölkə vətəndaşları üçün hər iki ölkənin vətən olduğunu bildirmiş oldu. Cənab Prezident İlham Əliyev qeyd etdi ki,  prezident seçkisindən qısa müddət sonra  cənab ərdoğanın Azərbaycana səfər etməsindən şaddır:  “Bir daha sizi qələbə münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır. Biz bu gün Sizinlə artıq təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız. Mən yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq.
                   
    Müsahibimiz qeyd edib ki, “Son on ilə nəzər salsaq, görərik ki, Azərbaycan və Türkiyə arasında sıx sosial, iqtisadi, siyasi, hərbi əməkdaşlıq əlaqələri mövcuddur. Şuşa bəyannaməsi imzalandıqdan sonra ölkələr arasındakı münasibətlər həm məzmun, həm də keyfiyyət cəhətdən yeni bir mərhələyə qədəm qoydu, strateji müttəfiqlik səviyyəsinə qədər qalxdı. Bu o deməkdir ki, Türkiyə Azərbaycanın milli təhlükəsizliyini və milli maraqlarını öz təhlükəsizliyi və maraqları kimi qəbul edir. Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev öz bəyanatında bu məsələyə xüsusi diqqət ayıraraq dedi: “İki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm.
                   
    Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
    Azərbaycan və Türkiyə əlaqələrinin, münasibətlərin iqtisadi amilə söykənməsi. Siyasi əlaqələrin iqtisadiyyat üzərindən inkişaf etdirilməsinin əhəmiyyətli və önəmli olduğu məlumdur. Azərbaycanın idxal və ixracında. Özəl sektorun inkişafında, sərmayə qoyuluşunda ciddi irəliləyişlər mövcuddur.
                  Cənab prezident İlham Əliyev ticari-iqtisadi əlaqələrimizin inkişafını qeyd edərək bildirdi: “Məmnunluq hissi ilə qeyd etdik ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik.
                   
    Müsahibimiz sonda bildirib ki, “Hər iki ölkə rəhbərinin bəyanatından göründüyü kimi Zəngəzur dəhlizinin açılması gündəmdə qalır və bu dəhlizin açılması türk dünyası üçün önəmlidir.
                   
    Ölkə başçısı öz bəyanatında qeyd etdi ki. Hər iki ölkə üçün önəmli olan məsələlərdən biri də “təhsil sahəsi ilə bağlıdır. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Biz çox ümid edirik ki, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.
                 
    Cənab Ərdoğanın bu səfərini yüskək qiymətləndirən ölkə başçısı bundan sonra da birliyimiz və qardaşlığımızın yükəslən xətlə inkişaf edəcəyini bildirərək Türk dünyası üçün önəmli olan birlik mesajını bir daha diqqətə çatdırmış oldu.



    Rusif Kərimov
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ