Azərbaycan-Türkiyə qardaşlığı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan-Türkiyə qardaşlığı

    Azərbaycan-Türkiyə qardaşlığı


    İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Sizin dövlət səfəriniz bizi çox məmnun edir. Şadam ki, prezident seçkilərindən qısa müddət sonra Siz Azərbaycana səfər edirsiniz. Bir daha Sizi qələbə münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır.Biz bu gün Sizinlə artıq təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir.

    Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız.Mən yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Dünən artıq bizim nazirlər və digər yüksək səviyyəli rəsmilər bir arada olmuşlar, bu gün də bu təmaslar davam edir. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq. Bir daha xoş gəlmisiniz”
           
     Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında demişdir: “Hörmətli cənab Prezident, əziz Qardaşım. Hörmətli heyət üzvləri. Sizləri öz adımdan, heyətim adından ən səmimi hisslərimlə salamlayıram. Millətimizin iradəsi ilə yenidən prezident seçildikdən sonra hər zamankı adətimiz üzrə əvvəlcə Şimali Kipri ziyarət etdik, sonra da dərhal Bakıya gələrək Sizinlə bir arada olduq. Göstərdiyiniz qonaqpərvərliyə görə şəxsən öz adımdan və heyətim adından səmimi təşəkkürlərimi xüsusilə ifadə edirəm. Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram.
               
    Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.
               
    Maarif Vəqfimiz Azərbaycan qurumlarının dəstəyi ilə təhsil-tədris sahəsində fəaliyyətini davam etdirir. İnşallah, gələn il məktəbimizin yeni təhsil korpusunu istifadəyə verməyi planlaşdırırıq.Əziz qardaşımla təkbətək görüşümüzdə xüsusilə Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xəttini də bir an əvvəl müzakirə etməyimizdə fayda var”

                           

    Əyyubzadə Fərid,
    Bambaşı kəndi




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az

     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:10 YENİ KİTABLAR         
    2. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    3. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    4. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    5. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    6. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    7. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    8. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    9. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    10. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    11. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    12. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    13. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    14. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    15. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    16. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    17. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    18. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    20. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    21. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    22. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    23. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 09:32 Nadir Ağayevin xatirə turnirində
    25. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    26. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    27. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    28. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    29. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    30. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    31. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    32. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    33. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    34. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    38. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    40. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ