Xüsusi yeri olan bir dövlət olduğunu. Azərbaycan Qoşulmama Hərəkatında isbat elədi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xüsusi yeri olan bir dövlət olduğunu. Azərbaycan Qoşulmama Hərəkatında isbat elədi

    Xüsusi yeri olan bir dövlət olduğunu. Azərbaycan Qoşulmama Hərəkatında isbat elədi


       
     
      5 İyul 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilmişdir. 

    Görüşdə çıxış edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü və yenidən yekdil qərarla sədrliyimizin daha bir il uzadıldığını qeyd etmişdir.

     Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu söyləyən cənab Prezident,  Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirənin Qoşulmama Hərəkatının olduğunu bildirmişdir.

      2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələnmişdi. Həmçinin cənab İlham Əliyev bildirmişdir ki, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi                      
    Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir. Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hal-hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər gedir. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.

     Azərbaycanın bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdiyimizi söyləyən cənab İlham Əliyev, qlobal əhəmiyyətə malik məsələləri müzakirə etdiklərini və pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə fikirlərini bölüşdüklərini qeyd etmişdir. Ölkə baçısı eləcə də, ehtiyacı olan ölkələrə yardım göstərilməsinin Azərbaycanın sədrliyinin digər prioriteti olduğunu nəzərə çatdırmışdır. Prezident İlham Əliyev multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında öz yerini tapmasının lazım olduğunu vurğulamışdır. Bildirmişdir ki, “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.

      Ölkə başçımız həmçinin, sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqamın Vətən müharibəsində bizim tarixi Qələbəmiz olduğunu, 2020-ci ildə Azərbaycanın Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoyduğunu xüsusi qeyd etçmişdir. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəri oldu.

     Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə həmrəyliklərinə və Azərbaycana sədrliyini uğurla həyata keçirmək üçün göstərdikləri dəstəyə görə təşəkkür edən cənab İlham Əliyev, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakı nazirlər görüşünə uğurlar arzu etmişdir. Eləcə də, bu görüşün səmərəli və nəticəyönümlü müzakirələrlə yadda qalacağını diqqətə çatdırmışdır.

     

     

    Nuranə Muxtarova,
    MGE-nin metodisti.

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    2. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    3. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    4. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    5. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    6. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    7. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    8. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    9. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    10. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    11. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    12. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    13. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    14. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    15. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    16. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    17. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    18. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    19. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    20. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    21. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    23. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    24. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    25. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    26. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    27. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    28. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    29. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    30. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    31. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    32. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    33. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    34. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    35. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    36. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    37. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    38. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    39. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    40. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ