Главная > Maraqlı > Mərkəzi Kitabxanada “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı tədbir

Mərkəzi Kitabxanada “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı tədbir


14-07-2023, 18:14. Разместил: admin44

İyulun 14-də Masallı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev ili”nə həsr olunmuş “Müstəqil və qüdrətli

Azərbaycanın təməlinin qoyulduğu gün” adlı dəyirmi masa keçirilib. Tədbir başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri direktor əvəzi Zamin Məmmədov giriş sözü ilə açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli  inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır.

Sonra kitabxananın digər əməkdaşı Günay Xəlilova məruzəsində Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından bəhs edib.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад