Главная > Maraqlı > Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 25 nəfər saxlanılıb

Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 25 nəfər saxlanılıb


15-08-2023, 18:46. Разместил: admin44

Son günlərdə Yasamal rayonu ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər rayon polis idarəsinin, həmçinin ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Aşkarlanan faktlarla bağlı araşdırmalar aparılır.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад