Əmək sevinc, məhəbbət və ilham mənbəyi olmalıdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əmək sevinc, məhəbbət və ilham mənbəyi olmalıdır

    Əmək sevinc, məhəbbət və ilham mənbəyi olmalıdır


    Biz hər hansı şəxsə və ya şəxslərə hörmət bəsləyəndə ixtiyarsız, fasiləsiz siqnallar buraxırıq. Bununla belə şəxslərin varlığını yüksək qiymətləndiririk. Onların sayca çox olmasını istəyirik. Təəsüf ki, real həyatda yaxşı insanların sayı biz arzuladığımız qədər çox deyil.
    Başqasına qarşı hörmətin olmaması əks psixoloji əhval-ruhiyyə, hörmətsizlik yaradır. Bu isə öz növbəsində az sonra qorxuya çevirilir, o da öz növbəsində əks reaksiyaya (nifrət) səbəb olur. Zəncirvari reaksiya halına çevirilən belə hallar qarşıdurmalara və hətta müharibələrə gətirib çıxarır. Nəticədə bir-iki fərd yox, yüz minlərlə, milyonlarla insan ölüm-dirim savaşına başlayır. Qanlı savaşın nə olduğunu Birinci, İkinci dünya, Vyetnam, Əfqanıstan, İraq, Suriya, Qarabağ, hazırda Rusiya - Ukrayna müharibələri bəşəriyyətə əyani sübut edir.

    Haqqında danışmaq istədiyimiz ikinci şəxs ata Rzaquludur. Onun hələ uşaqkən atası xəstələnir. Demək olar ki, daima xəstəxanaların sakini olur. Bu balaca uşaq dörd-beş yaşından əməyin nə olduğunu dərk etmişdir. Tarixi dövrün tələbləri ilə bütün qabiliyyətini əqli əməyə yönəldən Rzaqulu ata tezliklə istəyinə çatır.

    Öz doğma kəndində (8 illik) məktəbi başa vurduqdan sonra, pay-piyada 10 kilometrdən də uzaqda olan təhsil ocağına, peşə məktəbinə gedir və bunu özünə fəxr sayır.
    Hərbi xidmətdən sonra hərbi məktəbi bitirir, həmyerlisi Həzi Əhəd oğlu Aslanov kimi.
    Bir qrup hərbiçilərin qərbdəki qərargahına, Sovet ordusunun sıralarına təyin edilir. Varşava Sülhməramlı Müqaviləsi bitdikdən sonra Rzaqulu ata Avropada qalaraq bizneslə məşğul olur.

    İstər hərbidə olduğu müddətdə (Əfqan, Güloğlan, Tarix və başqalarına ), istərsə də ondan sonrakı dövrlərdə həmvətənlərinə (Rizvan, Xəlil, Müseyib və başqalarına ) milli və dini mənsubiyyətindən asılı olmayaraq onun köməyinə ehtiyacı olanlara kömək edir, savad almalarına və digər işlərdə uğurlu olmalarına daima nəzarət edir.

    Bu dövrdə mütəmadi doğma vətəninə , Azərbaycana gələrək cəbhəyə və cəbhəyanı ərazilərə baş çəkir. Hərbiçilərlə, şəhid ailələri, qazilərlə, el ağsaqqalları ilə görüşür. Kimsəsiz uşaq evlərinə  maddi yardımlar göstərir, onlara azacıq da  olsa dəstək olmağa çalışırdı. Növbəti məzuniyyətlərin birində 90- cı illərin əvvəllərində İrana gedir. "Məşhəd" ziyarətində olarkən Alman telekanalı "Ştern" ondan müsahibə alarkən, onun Azərbaycanın haqq səsini Alman dilində təmiz , qərəzsiz, dolğun, vicdanla, heç bir ləhcə hiss olunmadan görəndə heyrətə gəlirlər. Onun kimliyini və Alman dilində belə danışmağını harda öyrəndiyini ilə maraqlananda o, deyir: mən sadə zəhmətkeş, mömin, milyonlarla Azərbaycanlılardan biriyəm və bu dili də digər dillər kimi özüm səy göstərib öyrənmişəm. Buraya gəlməyimin səbəbi də müqəddəs ziyarətgahdır, dinimizə hörmət və ehtiram əlaməti olaraq.

    Ötən əsrin 90-cı illərində ortaları Rzaqulu ata Rusiya Federasiyasının ümumdünya proletariatın lideri Leninin beşikdə bələndiyi yer –  Ulyanov vilayətinin Ulyanovsk şəhərinə köçür və orada bizneslə məşğul olur. Burdada həmyerlilərinə və onun köməyinə ehtiyacı olanlara yaxından kömək edərək (Rahib.C, İslam.Ə, Bəxtiyar.İ və başqaları) onlar üçün hər cür şəraitin yaradılmasına səy göstərir.
    Bu şəhərdə müasir – müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, dünya səviyyəli lider və siyasətçi, Ümummilli lider, Ulu öndər Heydər Əlirza oğlu Əliyevin nəhəng abidəsinin azərbaycanlıların kompakt yaşadığı yerdə ucaltmasında iştirak edir.
    Qeyd edək ki, Rzaqulu atanın ana babası İbrahim Xancanov İkinci cahan savaşında Alman ordusunu Stalinqrad cəbhəsindən Berlinə qədər qovub və darmadağın edilməsində iştirak edib.

    Ulyanovsk şəhərində ötən əsrin 70-ci illərində həmyerlimiz Nəriman Nərimanovun abidəsinin, onun adına prospektin açılmasına səy göstərib və buna müvəffəq olub. Eyni zamanda “Xalqlar dostluğu” xiyabanda Azərbaycan Respublikasını təmsil etmək üçün münasib sahənin ayrılması, milli dəyərlərimizin burda ləyaqətlə təmsil olunmasından ötrü çox dəyərli tövsiyələrini vermişdir. Rzaqulu atanın böyük qardaşı R.Qurbanov bu xiyabanda yarım epoxadan biraz çox şərəf və ləyaqətlə milli kimliyimizi təmsil etmişdir.
    Rzaqulu ata yarım əsrdir işləyir və faydalı əməyindən zövq alır.



    Rəvvaq QURBANOV,
    Ştatdankənar müxbirimiz                                                                                                                                       Tədqiqatçı - psixoloq




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ