Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


11-09-2023, 20:15. Разместил: admin44


Hörmətli cənab Prezident.

Uzun illərdir yaşadığımız fərdi evin yararsız vəziyyətdə olması, həyat yoldaşımın yataq xəstəsi olması bizim üçün bir sıra problemlər yaradırdı və həyat şəraitimizə mənfi təsir edirdi. Nəhayət, dövlətimizin qayğısı sayəsində bu il avqustun 30-da şəhid övladım Namiq Bağırovun doğum günündə yeni evin açarları bizə təqdim olundu.

Əziz Prezidentimiz, şəhid ailələrinin üzərində vaxtilə Ulu Öndər Heydər Əliyevin, hazırda isə Sizin qayğınızı hiss etməyimiz bizə böyük təsəlli olmuşdur. Bizim ehtiyaclarımızı öz ehtiyaclarınız, problemlərimizi öz problemləriniz kimi görürsünüz. Elə buna görə də Sizə və Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm.

Ulu Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə,

Nurəddin Bağırov, şəhid atası.

Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.





"Yeni həyat" qəzeti,
www.yerniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад