Xalqla iqtidarın birliyi önündə ölkədəki sağlam ictimai-siyasi mühit dayanır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xalqla iqtidarın birliyi önündə ölkədəki sağlam ictimai-siyasi mühit dayanır

    Xalqla iqtidarın birliyi önündə ölkədəki sağlam ictimai-siyasi mühit dayanır

                 
    Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

    Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

    Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir.

    Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini - “ASAN xidmət” mərkəzlərini buna misal göstərmək olar.

    Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

    Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.

    Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Ölkəmiz dünyada Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində tolerantlıq, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.

    Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hamisidir. Gənclər siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

    Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.



    Əliyev Araz,
    Qəriblər kənd tam orta məktəb
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    2. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    3. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    4. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    5. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    6. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    7. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    8. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    9. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    10. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    11. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    12. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    13. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    14. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    15. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    16. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    17. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    18. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    19. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    20. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    21. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    22. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    23. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    24. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    25. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    26. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    27. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    28. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    29. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    30. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    31. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    32. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    33. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    34. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    35. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    36. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    37. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    38. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    39. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    40. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ