Azərbaycanda növbədənkənar Prezident seçkilərinə 6 gün qalır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanda növbədənkənar Prezident seçkilərinə 6 gün qalır

    Azərbaycanda növbədənkənar Prezident seçkilərinə 6 gün qalır

     
    Qalib xalqın qalib lideri
     Seçkilər müəyyən bir tarixi dövrün yekunudur. Belə hesab etmək olar kı, Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi, hər şeydən əvvəl, ölkəmizin yeni inkişaf mərhələsinə daxil olması ilə əlaqədardır. Zamanın meydana çıxardığı bu müasir inkişaf mərhələsinin irəli sürdüyü çağırışlar növbədənkənar Prezident seçkilərini şərtləndirən ən mühüm səbəbdir. Prezident seçkiləri yeni dövrün başlanğıcı olmalıdır. Çünki yeni mərhələnin strategiya və taktikasını müəyyən etmək, bu dövrün siyasi-ideoloji,hərbi-iqtisadi və elmi-mədəni istiqamətlər üzrə məsuliyyətli vəzifələrinin məqsədyönlü şəkildə həyata keçirmək zərurəti artıq yeni dünya nizamının əsas tələbinə çevrilmişdir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 ildən atrıq bir dövr ərzində müstəqil dövlətimizi bütün istiqamətlər üzrə böyük addımlarla və qətiyyətlə irəli aparmışdır. Onun rəhbərliyi ilə “Əsrin müqaviləsi” uğurla davam və inkişaf etdirilərək, ölkəmiz nəinki regionun, hətta Avropanın əsas neft-qaz ixracatçısına çevrilmişdir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlər əldə edib, dünyada böyük nüfuz qazanıb, regionun sürətli inkişaf yolunda olan müasir ölkəsinə, etibarlı tərəfdaşa çevrilib. Ölkədə təşkil olunan beynəlxalq silsilə forumlar, kütləvi-mədəni və idman tədbirləri Azərbaycanın beynəlxalq səviyyədə mövqelərini gücləndirib. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
     
    Ölkə başçısının rəhbərliyi altında müxtəlif istiqamətlərdə çoxsaylı dövlət proqramları həyata keçirilib,əhalinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl işlər görülüb.Bu gün respublikamızda aqrar sahə, nəqliyyat, gömrük, turizm, ictimai iaşə kimi qeyri-neft sektoru  istiqamətində aparılan islahatlar dövlət büdcəsini formalaşdıran əsas gəlir mənbələri sferasına çevrılmışdır.

       Ən başlıcası isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ilə Azərbaycanın əsas problemi olan Qarabağ düyünü qəti şəkildə həll edilmişdir. 4 il əvvəl- 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu öz Ali Baş Komandanının bilavasitə rəhbərliyi altında Ermənistanın silahlı qüvvələrini darmadağın etdi, düşməni diz çökməyə və  təslim aktını imzalamağa məcbur etdi. Ötən ilin sentyabr  ayında keçirilən bir günlük lokal antiterror əməliyyatı isə problemi kökündən və birdəfəlik həll etdi: 30 il ərzində Qarabağda at oynadan qondarma qurum, xunta rejimi ağ bayraq qaldırıb özü özünü ləğv etmək barədə qərar qəbul etməyə məcbur oldu.Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təsdiq edilmişdir.Bu gün hamımız fəxrlə deyirik ki, Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü silah gücünə, qalibiyyətli müharibə yolu ilə bərpa edə bilmiş ilk və yeganə ölkədir.Prezident İlhan Əliyevin dediyi kimi”bu epoxal bir hadisədi....XXI əsrin müharibəsində həm peçəkarlıq,həm iradə,milli ruh,qəhramanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik” Biz qalib ölkənin qalib vətəndaşları olmağımızdan haqlı qürur duyur, bu misilsiz Zəfərə görə qəhrəman əsgər və zabitlərimizə, müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlığımızı bildiririk. Bu, eyni zamanda, Azərbaycanın çoxəsrlik tarixi ərzində ilk dəfə Azərbaycanın bütün ərazisində dövlət bayrağımızın dalğalandığı şəraitdə keçirilən birinci Prezident seçkisi kimi də mühüm ictimai-siyasi əhəmiyyətə malikdir.Əslində bu Azərbaycan Respublikasında müstəqil dövlətimizin suverenliyinin tam təsdiq olunduğu tarixi bir məqamın seçkisinin keçirilməsi deməkdir.
     
    Azərbaycan xalqı möhkəm inanır ki, Azərbaycan Respublikasının qarşıdakı böyük qlobal və mühüm regional problemlərinin həllində ölkəmizin Lideri İlham Əliyev faktoru əsas və həlledici əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətləri, dövlət başçısı kimi möhkəm siyasi iradəsi, zəngin təcrübəsi, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz, doğma xalqından aldığı sarsılmaz qüvvə onu dünya liderlərinin ön sırasına çıxarmışdır. Yeni misiyanın başlanğıcı yeni dövrün hədəfləri olmalıdır. Müstəqil Azərbaycan Respublikasının bundan sonrakı yeni tarixi mərhələsinin qarşıya çıxaracağı bütün problemlərin həll edilməsində və inkişafdan – intibaha doğru hərəkatda İlham Əliyev əvəzsiz imkanlara malikdir.
     
     Hakimiyyətdə olduğu möhtəşəm 20 ildə bütün istiqamətlər üzrə xalqımıza böyük uğurlar qazandıran, ölkəmizi hərtərəfli surətdə inkişaf etdirən Prezident İlham Əliyev ərazi bütövlüyü və suverenliyi tam təsdiq olunmuş müstəqil Azərbaycanın qüdrətli lideridir. Bundan sonrakı dövrdə Azərbaycan Respublikasının çoxcəhətli inkişafının təmin edilməsi, ölkəmizin ərazi bütövlüyünün etibarlı şəkildə qorunması və dövlət suverenliyimizin daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə meydana çıxacaq problemlərin milli mənafelərimizə uyğun surətdə həll edilməsi üçün əsl dövlət başçısından tələb olunan bütün keyfiyyətlər və xüsusiyyətlərin hamısı ən yüksək səviyyədə İlham Əliyevin simasında cəmlənmişdir. Bu gün dünya miqyasında da İlham Əliyev kimi hərtərəfli yüksək siyasi-mənəvi keyfiyyətlərə, geniş intellektual imkanlara, böyük nüfuza malik olan və xalqının sarsılmaz etimadını qazanmış liderlər göstərmək çətindir.Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi tam məntiqi və qanunauyğun bir hal kimi yüksək səviyyədə dəyərləndirilməlidir. Dünyanın hazırkı çətin mürəkkəb hərbi-geosiyasi şəraitində və ölkəmizin inkişafdan intibaha doğru yüksəlişi naminə gedəcəyimiz yolda müstəqil dövlətimiz və xalqımız üçün İlham Əliyev ən layiqli lider, böyük şans və tam düzgün seçimdir. Çünki İlham Əliyev Qalib Xalqın Qalib Lideridir.
                                                                                                  


    Mürvət Abbasov,                                                   Masallı şəhər “Dəfinə” məktəb - liseyinin müəllimi ,           Tarix üzrə fəlsəfə doktoru, YAP-ın üzvü.     


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az                                                                                                       
                                              
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ