Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür

    Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür


     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

    Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd edib. Dövlət başçısı deyib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanant çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirib. Azərbaycan Prezidenti Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğulayıb. Dövlət Başçısı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Qonaq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış etdi. Dövlət başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiyaedilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsləsinə yenidən baxılacaq. Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı qonağı Azərbaycanın ev sahibliyi edəcəyi COP-29 – a dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.


     
    Şıxəliyeva Aidə,
    Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb




    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ