Qurultay partiyanın nə qədər güclü, əzəmətli və dərin fikirlərə malik olduğunu sübut edir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qurultay partiyanın nə qədər güclü, əzəmətli və dərin fikirlərə malik olduğunu sübut edir

    Qurultay partiyanın nə qədər güclü, əzəmətli və dərin fikirlərə malik olduğunu sübut edir


    Təbii ki, dövr, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur.
     
    Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, Azərbaycan bütün sahələrdə qazandığı təcrübə ilə nümunə olmalıdır. Məhz bu çağırışların reallıqda öz əksini tapması son 18 ilin davamlı uğurlarını, Azərbaycanın beynəlxalq aləmdə təqdir olunan və öyrənilməsinin vacibliyi vurğulanan inkişaf modelini şərtləndirən əsas amillər sırasında oldu. Möhtərəm Prezidentimiz Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkəmizin ötən illərdə qazandığı uğurlara, dünyaya səs salan və yeni reallıqlar yaratmaqla yanaşı, onların qəbulunu diktə edən tarixi Zəfərimizə söykənərək çağırışlar etdi, partiyamızın yeni proqramı hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanması və təqdim edilməsi tapşırığı verildi.

    Bu tapşırığa uyğun olaraq Yeni Azərbaycan Partiyasının "Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlandı və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edildi. Yeni proqram bütün sahələrdə yenilikləri, qarşıdakı dövrdə görüləcək işləri və hədəfləri ehtiva edir. İstər 30 illik yolun təhlili, istərsə də partiyann həyatında əhəmiyyətli rol oynayan qərarların qəbul olunduğu qurultaylar özlərində əks etdirdikləri dövrün reallıqlarına uyğun addımların atılmasını bir tələb kimi qarşıya qoyur.

    Diqqət yetirək. Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən I qurultayında ulu öndər Heydər Əliyev partiyanın yaranmasından ötən 7 ilin təhlilini verərək qeyd etmişdir ki, bu illər ərzində YAP addım-addım irəliləyib, inkişaf edib, genişlənib və böyük bir partiyaya çevrilib. Qurultay partiyanın nə qədər güclü, əzəmətli və dərin fikirlərə malik olduğunu sübut edir. Ulu Öndər qurultayın yekununda Azərbaycan cəmiyyətinə, bütün vətəndaşlarımıza, siyasi partiyalara və ictimai birliklərə bu müraciəti etmişdir ki, demokratiyanın tələblərini düzgün və olduğu kimi qəbul etsinlər, ölkəmizin demokratik yolla getməsi üçün öz fəaliyyətlərini həqiqətən demokratik üsullarla həyata keçirsinlər.
    Bütün siyasi partiyalar ümummilli birliyə, ümumi vətəndaşlıq birliyinə, qlobal, ümummilli, ümumxalq, ümumdövlət məsələlərinin həll olunması üçün əməkdaşlığa dəvət edilmişdir. Birinci qurultaydan ötən 23 il müasir müstəqil Azərbaycanın həyatında biri-birindən əhəmiyyətli, möhtəşəm uğurlarla yadda qalıb. Bu illər, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildən artıq dövrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının həyatında da mühüm tarixi məqamlarla xatırlanır.

    Bu illər ərzində partiyanın əldə etdiyi uğurlar, cəmiyyətdə artan nüfuzu, beynəlxalq mövqeyi ölkədə keçirilən seçkilərdə xalqın inam və etimadını qazanmasında, irəli sürdüyü təşəbbüslərin, qəbul etdiyi qərarların dəstəklənməsində, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirməsində, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına verdiyi töhfələrində öz aydın ifadəsini tapır.



    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ