YAP-ın 7-ci qurultayı gələcəkdə partiyanın apardığı uğurlu siyasətə doğru növbəti addım oldu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » YAP-ın 7-ci qurultayı gələcəkdə partiyanın apardığı uğurlu siyasətə doğru növbəti addım oldu

    YAP-ın 7-ci qurultayı gələcəkdə partiyanın apardığı uğurlu siyasətə doğru növbəti addım oldu



    YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür.
    2021-ci il martın 5 də keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq.Bu qurultay Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir. Qurultayda YAP-ın sədri, Prezident İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirilib. Dövlətdə aparılan düzgün siyasət nəticəsində siyasi və iqtisadi sahədə dayanıqlı inkişafı təmin edilib, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Ən əsası, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. YAP-nın VII qurultayının keçirilməsinin əsas səbəblərindən biri ölkədə və regionda yaranmış yeni reallıqlardır. Nəzərə alınmalıdır ki, bundan əvvəlki dövrlərdə Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi.

    Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasətimiz bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı, Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaçlıq imkanları yaradıb. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin nəticələri ölkəmizdə yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaradıb. Bu qurultayda altı siyasi partiyanın YAP-a qoşulması əlamətdar hadisədir. YAP-ın 7-ci qurultayı gələcəkdə partiyanın apardığı uğurlu siyasətə doğru növbəti addım oldu.Yeni Azırbaycan Partiyası dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsində özünün layiqli töhfəsini verib.Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur.YAP Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib.Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.

    Bütün siyasi partiyalar ümummilli birliyə, ümumi vətəndaşlıq birliyinə, qlobal, ümummilli, ümumxalq, ümumdövlət məsələlərinin həll olunması üçün əməkdaşlığa dəvət edilmişdir. Birinci qurultaydan ötən 23 il müasir müstəqil Azərbaycanın həyatında biri-birindən əhəmiyyətli, möhtəşəm uğurlarla yadda qalıb. Bu illər, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildən artıq dövrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının həyatında da mühüm tarixi məqamlarla xatırlanır.

    Bu illər ərzində partiyanın əldə etdiyi uğurlar, cəmiyyətdə artan nüfuzu, beynəlxalq mövqeyi ölkədə keçirilən seçkilərdə xalqın inam və etimadını qazanmasında, irəli sürdüyü təşəbbüslərin, qəbul etdiyi qərarların dəstəklənməsində, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirməsində, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına verdiyi töhfələrində öz aydın ifadəsini tapır.

    Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması fəaliyyətin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb,  kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.



    Bayramov Şəhriyar,
    Böyük Kolatan kənd tam orta məktəbi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ