Главная > Maraqlı > Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur

Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur


15-03-2024, 23:30. Разместил: admin44


Azərbaycan ordusunun Dağlıq Qarabağda 44 gün davam edən hərbi əməliyyatı hücum keçirən tərəfin uğuru ilə başa çatıb. Hər iki tərəfin qüvvələrinin az-çox bərabər olduğunu sayan və Azərbaycanın bu qədər mürəkkəb hərbi əməliyyatlar teatrında irəliləməyəcəyini düşünən müşahidəçilər üçün bu gözlənilməz olub. BBC Rus xidməti Azərbaycanın hərbi əməliyyatının təfərrüatlarını və erməni tərəfinin məğlubiyyətinin səbəblərini hərbi mütəxəssislərlə birlikdə araşdırıb.

Döyüşlər Azərbaycan qoşunlarının Dağlıq Qarabağın ən vacib yaşayış məntəqələrindən biri olan Şuşa şəhərini aldıqdan sonra sona çatıb.
Şuşa şəhəri Xankəndindən (Stepanakertdən) bir neçə kilometr məsafədə dağın zirvəsində yerləşir və Qarabağı Ermənistanla birləşdirən yol bu şəhərdən keçir."

Şuşi (Şuşa) bütün Qarabağın açarıdır. Bu, Stepanakerti (Xankəndi) nəzarət altında saxlamağa imkan verən bir mərkəzdir. Birinci müharibə dövründə də vəziyyət belə idi, amma o zaman silahlanma səviyyəsi tamamilə fərqli idi," - Ermənistanın İctimai radiosunun keçmiş rəhbəri Mark Qriqoryam deyir.

Azərbaycan qüvvələri Cəbrayıl şəhərini aldı. Bu şəhər sakinləri tərəfindən tamamilə tərk edimiş və dağıdılmışdı. O, bu günə qədər xarabalıqda qalmaqda davam edir. Bu şəhər təmas xəttindən 20 km məsafədə yerləşirdi və irəliləyən tərəf həmin şəhərə iki həftəyə çatmışdı. Yəni, ilk günlərdə Azərbaycan qoşunlarının irəliləyişinin sürətli olduğunu demək olmazdı.

Bir neçə gün sonra Hadrut alındı - bu, Dağlıq Qarabağ ərazisindəki ilk rayon mərkəzi idi. Bu, Azərbaycan bölmələrinin hərəkət istiqamətində
yerləşən və mülki şəxslərin qaldığı ilk şəhər idi.
Hadrutun alınması ilə vəziyyət dəyişdi - Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başladı.

“İlk fəlakət Hadrutun nədənsə ciddi müqavimət göstərməməsi idi və bu, hər şeyi həll etdi," - adının açıqlanmasını istəməyən bir erməni hərbi mütəxəssisi BBC-yə deyib.

Azərbaycan qüvvələri əsasən cənubda, Ermənistan-İran sərhədi boyunca irəlilədilər. Cəbrayıl və Hadrutdan sonra Azərbaycan Füzuli, Zəngilan, Qubadlı üzərində də nəzarəti ələ keçirdi. Bu hücumun hədəfləri Şuşa ilə Laçın şəhərləri idi."
Müharibədə dönüş nöqtəsi oktyabrın əvvəlində Cəbrayıl alınandan sonraya təsadüf edib

 iki şəhər dağlıq ərazidə yerləşir və həmin şəhərlərin istiqamətində hücum sürətli deyildi, baxmayaraq ki, o vaxta qədər erməni qüvvələrinin müqaviməti zəifləmişdi. Nəticədə, ağır texnika olmadan azərbaycanlılar dağlıq ərazi ilə Şuşaya çatdılar və döyüşlərdən sonra onu aldılar.
Bu şəhərin alınması münaqişənin həlledici anı oldu - bundan sonra müharibə sona çatdı.



Xanım Əliyeva,
Mahmudavar kənd tam orta məktəbin direktoru




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад