Главная > Maraqlı > Əbədi və sarsılmaz müstəqilliyimiz- MASALLIDA TƏDBİR

Əbədi və sarsılmaz müstəqilliyimiz- MASALLIDA TƏDBİR


15-05-2024, 16:58. Разместил: admin44

Bu gün, 15 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı Masallı Tarix-Diyarşünaslıq Muzeyində Dövlət Müstəqilliyi günü münasibəti ilə “Əbədi və sarsılmaz müstəqilliyimiz” mövzusunda gənclərlə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının əməkdaşı Cəlal Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Cəlal Əliyev Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” haqda ətraflı məlumat vermişdir.

Cəlal Əliyev 28 May tarixini Azərbaycan xalqının milli kimliyini tapdığı gün kimi qiymətləndirib. O, cümhuriyyət yaranana kimi xalqımızın keçdiyi tarixi yoldan, Azərbaycanın olduqca mürəkkəb şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini vurğulayıb. Yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən Cəlal Əliyev hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hal-hazırda Azərbaycanın heç vaxt olmadığı qədər güclü olduğunu qeyd edərək hər bir vətəndaşın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb.

Tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını deyən Əntiqə Tağıyeva bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq böyük işlər gördüyünü qeyd edib.

Əntiqə Tağıyeva müstəqilliyimizin qorunub saxlanmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Məhz Heydər Əliyevin yürütdüyü məqsədyönlü və uzaqgörən siyasət nəticəsində bu gün də Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını və beynəlxalq arenada müstəqil bir dövlət kimi öz sözünü deməyi bacardığını, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın regionda iqtisadi və siyasi cəhətdən lider dövlətə çevrildiyini qeyd edib.

Tədbirdə Türkan Ağayeva, Elçin Ağayev, Dilarə Hüseynova və başqaları müstəqillik yolunda xalqımızın çoxillik mübarizə tarixindən, müstəqilliyin bərpasında və onun qorunmasında ümummilli liderimizin xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.












"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад