Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib   » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib  

    Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib  



    Masallıda 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib.

    Bayram tədbiri mayın 17-də, Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində gerçəkləşib. 

    Tədbir Dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.

    Sonra Ulu öndər Heydər Əliyevin, Vətənimizin suverenliyi və bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Azərbaycanda muzey işinin inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, bu işin respublikamızın Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən, ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb.

    Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş Beynəlxalq Muzeylər Gününün əhəmiyyəti, beynəlxalq və respublika muzeyləri barədə iştirakçılara məlumat verib.

    Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Vəkil İsmayılov, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Sabiq Cahangirov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, “Masallı xəbərləri” MİP-in rəhbəri Rauf Cəbiyev, “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov, rayon mərkəziləşdirilmiş kitabxana sisteminin direktor əvəzi Zamin Məmmədov, Dini 
    Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli muzeylərin hər xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə əks etdirən ən zəngin sərvət olduğunu vurğulayıb, tarixi-mədəni “xəzinəmiz” olan muzeyləri həyatın bütün sahələrini əhatə edən elm, maarif məbədi kimi səciyyələndiriblər. 

    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasında Əməkdar müəllim, İkinci Dünya müharibəsi veteranı Rəhim Tağıyevin əməyini yüksək dəyərləndirən çıxışçılar bu şərəfli və məsuliyyətli işin muzey yaradıcısının övladı Əntiqə Tağıyeva tərəfindən 22 ildir ki, layiqincə davam etdirildiyini diqqətə çatdırıblar.  

    Natiqlər muzey işçilərini əlamətdar gün münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb, hədiyyələr təqdim ediblər.
    Muzey rəhbəyliyi tərəfindən bir qrup əməkdaş fəxri fərman, keçirilən tədbirlərə dəstək olan təşkilatlar təşəkkürnamələrlə təltif olunublar.
    Tədbir Masallı Onbirillik İncəsənət Məktəbi, uşaq-gənclər inkişaf mərkəzinin, şəhər 2 saylı, Hişkədərə və Viləş kənd tam orta məktəbləri şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir, mahnı, rəqs və digər musiqi nömrələrilə davam edib.
     

    Akif AĞAYEV
















    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ