Главная > Maraqlı > Masallıda nöqsanlar aşkarlanan ət kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Masallıda nöqsanlar aşkarlanan ət kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb22-05-2024, 14:00. Разместил: admin44 |
![]() Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Ət satışı məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, məhsulların minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərinin mövcud olmadığı, qida məhsullarının daşınması zamanı qanunvericiliyin tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və müvafiq gigiyena qaydalarının gözlənilmədiyi, əllərin yuyulması üçün müvafiq qaydada yerləşdirilməsi zəruri olan əl yuma çanağının yoxluğu və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. ![]() ![]() "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |