Главная > Maraqlı > Masallıda “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş

Masallıda “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş


27-05-2024, 20:22. Разместил: admin44

Masallı Rayon Heydər Əliyev Mərkəzində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş keçirilib.

Tədbirin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və yerli icra orqanının nümayəndələri çıxış ediblər. Çıxışlarda dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan danışılıb, bu istiqamətdə aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətinə diqqət çəkilib.

Görüşün davamında fərqli sahələrdə uğur qazanan qadınlar - Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının rəhbəri Nigar Ələsgərova, Yüksəliş Müsabiqəsinin qalibi Ulkər Məlikova  TEDx formatında çıxış edərək, öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüblər.

Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.












"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад