Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


5-06-2024, 09:05. Разместил: admin44

Möhtərəm cənab Prezident!

Siz Azərbaycana rəhbərlik etdiyiniz müddətdə saysız-hesabsız uğurlar əldə olunmuşdur. Torpaqlarımızın işğaldan azad edilməsi bu uğurların pik nöqtəsidir, xalqımızın Zəfər tarixidir. Həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər bölgələrimizdə həyata keçirilən quruculuq işləri təqdirəlayiq haldır.

Qeyd etmək istəyirəm ki, biz vətəndaşlarla indi tez-tez görüşlər, qəbullar keçirilir. Belə tədbirlərdə biz öz dərdimizi, narahatlıq doğuran məsələləri diqqətə çatdırırıq və həlli ilə əlaqədar lazımi işlər görülür. Elə bu günlərdə mərkəzi icra hakimiyyəti orqanlarından birinin rəhbəri rayonumuzda vətəndaş qəbulu keçirmiş və bu qəbul yerli sakinlər tərəfindən çox yaxşı dəyərləndirilmişdir. Sizin tapşırığınız əsasında yerlərdə belə qəbulların keçirilməsi çox yaxşıdır. Bu iş özlüyündə vətəndaşların dövlətə olan inamını daha da artırır.

Əziz Prezidentimiz, Azərbaycan adına gördüyünüz bütün məqsədyönlü işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Allah Sizə yar və yardımçı olsun.



Hörmətlə,

Tofiq Şahmarov,

Qarabağ müharibəsi veteranı, “İgidliyə görə” medallı.

Azərbaycan Respublikası, Masallı şəhəri.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад