Vəfalı Səriyyənin hekayəsi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Vəfalı Səriyyənin hekayəsi

    Vəfalı Səriyyənin hekayəsi

     
    Sən gəlməz oldun

    Vəfasız, yadındamı gənclik çağlarımız? Cavanlar məni narahat etsələr də heç nəyə məhəl qoymurdum. Neçə-neçə cavan içində gözüm səni tutmuşdu. Əhdi-peymanımıza sadiq idim. Hərdəmxəyal oğlanlara yazığım gəlirdi. Deyirdim, bala, get həyat imtahanından keç, sonra gələrsən. Vaxt-vədə gəldi. El adətincə ailə həyatı qurduq. Necə də xoşbəxt idik. Sən yol idarəsində çalışırdın. Məvacibin yüksək olmasa da əl-ələ verib ailə büdcəmizi yüksəldirdik. Mən də həyət-bacada çalışırdım. Göy-göyərti, kartof-soğan, xiyar-pomidora pul verməzdik. Həyətimizi qaz-ördək, səsəllər bəzəyərdi. Murad balamız dünyaya gələndə sevincimizin həddi-hüdudu yox idi.

    Artıq başa düşürdüm ki, həyat, yaşamaq, xoşbəxtlik, ailə nədir. Murad ayaq tutb yeriyəndə sənin də sevincin aydın hiss olunurdu. Hər gün səni qarşılayıb ağuşuna atılan balamızın sevinci bir dünya idi.  Hamıdan çox sevinən yenə mən idim. Səmimi ailəmə, ev-eşiyimə baxıb fəxr edirdim. Sənə bica yerə könül vermədiyimi yəqin etdikdə həyat gözlərimdə daha da şirinləşirdi. Deyir, sən saydığını say, gör fələk nə sayır. Bir gün işdən bir az yorğun, fikirli qayıtdın. Nə qədər sorğu-sual etdimsə halından bir soraq öyrənə bilmədim. Ürəyimə xal düşmüşdü. Qorxurdum  ki, şeytan yolundan sapdırsın səni. Elə də oldu.  Bir gün ürəyindəkiləri açıb söylədin. Dünya başıma fırlandı. Dedim, Qeyrət, gəl bu fikri at başından, burada birlikdə əl-ələ verib babat yaşayırıq. Rusiyada pulu yollara tökməyiblər. Gərək orada da gecə-gündüz bilməyib işləyəsən, əlləşib vuruşasan. Muradımız da yavaş-yavaş böyüyür. Uşağa ata gərəkdir. Ata nəvazişi onun üçün bütün nemətlərdən önəmlidir. Hələ zarafatla:

    Pəncərəni bağlama,

    Mən gedirəm, ağlama.

    Gedib yenə gələrəm,

    Özgəyə bel bağlama.

    mahnısını zümzümə etdim.  Kənd-kəsəkdə neçə-neçə belə olayı yada saldım. Hamısının aqibəti göz önünə gəldi. Kimi getdi, gəlmədi, kimi boşadı ömür-gün dostunu. Bir başqasının ölüm xəbəri gəldi. Əlil olub qayıdanlar da oldu. Belələrini xatırladıqca ürəyimin telləri bir-bir qırılırdı.

    Sən ipə-sapa yatmadın. Hə, yaxşı olacaq, sən Muraddan muğayat ol, dedin.  Uşağın tərbiyəsi ilə ciddi məşğul ol, tapşırdın.

    Bilirdim ki, hər şey çətin olacaq. Qarşıdakı zülmət yolu görüb hiss edirdim. Muradın “atam niyə gəlmir?” sözləri beynimdə oynadı. Xəyalımda ona cavab vermək üçün bəhanə axtarırdım.

    Sən getdin, Muradın göz yaşlarına, ata, nə vaxt gələrsən sözlərinə, mənim pəjmürdə halıma əhəmiyyət vermədən getdin. Maşına əyləşəndə heç evə tərəf də baxmadın.  Ürəyimdəkilər sanki pərən-pərən oldu. Hiss etdim ki, bu gediş çox ağırdır. Bəlkə də  əbədidir.

    Elə də oldu. Demişdin bir ilə gəlləm, illər ötdü, sən gəlmədin. Göz yaşımla yoldaş oldum, mənim halımı bilmədin.

    Murad birinci sinfə gedəndə qeyri-ixtiyari hallar keçirdim. Sən qurduğun xəyallara körpü saldım. Məktəbdə rəfiqələrim səni soruşdular. Yalandan uydurmağa başladım. Tez-tez telefonla danışır, pul-para da göndərir, dedim. Ancaq bu yalanlara görə özümü danladım. Axı, həyatda yalanlar mənə yaddır.

    Ağlıma gələn, başıma gəldi. Gedəndən bir dəfə zəng də etmədin. Murad necə böyüdü hiss etmədin. Səni soruşdum Rusiyadan gələnlərdən. Çoxları görməmişəm, bimirəm dedi.  Görürəm deyənlər də olurdu. Hətta biri deyəndə ki, Qeyrəti bir rus qadın ilə gördüm, yanlarında 4-5 yaşında bir oğlan uşağı da vardı, deyəndə mən bayıldım, handan-hana Muradın ana sənə nə oldu, qışqırığına ayıldım. Bu xəyanətə necə dözmək olar? Axı, sən belə deyildin, Qeyrət. Səni kim yolundan çıxartdı? Doğma balanı illərlə yada salmadın, əhdi-peymanın necə oldu ?Həyat yollarında məni tək qoyan Qeyrət. Həmişə vicdandan, vəfadan, kişilikdən danışan vəfasız.

    Kaş “Son zəng” günü məktəbimizin həyətində olaydın. Ata-anası ilə gələnlərin çöhrəsində günəş şölələnirdi. Mənim kimi övladının əlindən tutub harasa qısılmaq istəyənlər də vardı. Üz-gözlərindən kədər tökülürdü. Atasızlıqları baxışlarından hiss olunurdu. Hamı tərəfindən təbriklənən Muradın gözləri sanki uzaq bir nöqtəyə dikilmişdi.

    Evə gələn kimi stolun üzərində çərçivədəki şəklini götürüb həyətdəki beton dirəyə çırpdı. O çərçivədəki şüşə çilik-çilik olanda Qeyrətin əhd-peymanının da beləcə çilikləndiyini hiss etdim. Murad məni qucaqladı. Ağlama, ana, bütün ağrı-acılı günlərini sənə unutduracağam. Hünərli, namuslu, dünyanın bütün nemətlərinə həsrət ana. Təəssüf ki, ətrafımızda mənim kimi ata həsrətilə böyüyüən oğullar var.

    Yenə illər ötdü. Murad ali təhsil aldı. Bir gün Qeyrətin Rusiyadan bıçaqlanmış nəşi kəndə gətiriləndə Murada zəng etdim. Telefon susdu. Sonra hıçqırıq səsləri qulağıma gəldi. Ata deməyə dilim gəlməyən bir insanı necə bağışlayım. Ona haqq qazandırsam da ürəyimin dərinliklərindən “sənin atandır” kəlmələri qopdu.

    Əlvida Qeyrət, mən sənin məhəbbətini ömrümün sonuna kimi qoruya bildim. Heyif yaşadığım illərdən.



     Vəfalı Səriyyənin hekayəsini yazdı Həsənağa ƏLİ MURTUZA.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    3. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    4. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    5. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    6. 09:07 Ərazi nümayəndəsinin tribunası
    7. 09:05 Allah rəhmət eləsin
    8. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    9. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    10. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    11. 13:52 Allah rəhmət eləsin
    12. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    13. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    14. 10:25 Bələdiyyə sədri
    15. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    16. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    17. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    18. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    19. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    21. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    22. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    23. 14:35 Yeni şeirlər
    24. 10:59 Perspektivli idmançıların aşkarlanması
    25. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    26. 15:56 100 illik ömrün işığı
    27. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    28. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    29. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    30. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    31. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    32. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    33. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    34. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    35. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    36. 14:19 QANLI YANVAR
    37. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    38. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    39. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    40. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ