"Bütün yönləri ilə yaradıcı"nın yeni təqdimatı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » "Bütün yönləri ilə yaradıcı"nın yeni təqdimatı

    "Bütün yönləri ilə yaradıcı"nın yeni təqdimatı


    Akademik İsa Həbibbəylinin tanınmış şair, nasir, publisist Rəşad Məcidin həyat və yaradıcılığına həsr olunmuş "Bütün yönləri ilə yaradıcı" kitabının (2014) bu günlərdə ikinci - təkmilləşdirilmiş nəşri işıq üzü görüb.

    Kitab "Bir yüngülvari müqəddimə" ilə açılır və Rəşad Məcidin yaradıcılıq fəaliyyəti burada lakonik, lakin son dərəcə dəqiq tezislərlə təqdim olunur: "Rəşad Məcid çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Və o, məşğul olduğu bütün yaradıcılıq sahələrində professionaldır. Publisistika Rəşad Məcidin yaradıcılıq fəaliyyətinin əsas, aparıcı tərəfidir, onun gündəlik işidir. Azərbaycanda "525-ci qəzet" səviyyəsində müstəqil mətbuat yaratmaq və bu qəzetin nəsrini uğurla davam və inkişaf etdirmək Rəşad Məcidin xidmətidir. Rəşad Məcid müstəqillik dövrü Azərbaycan publisistikasının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biridir. "10 sentyabr" hekayəsi ilə Rəşad Məcid həm də nasirlik səlahiyyəti qazanmışdır. Ədəbi tənqid sahəsində də Rəşad Məcid mükəmməl "yazıçı sözü" deməyi bacarır. Rəşad Məcid tam orijinal bir şairdir. Müstəqillik dövrü Azərbaycan şeirinin yaradıcıları sırasında onun özünəməxsus görkəmli yeri vardır. Rəşad Məcidin şeirləri mövzu, janr, üslub-yanaşma, bədii təsvir vasitələri etibarilə bənzərsizdir".

    Nəşrin ilk "Rəşad Məcidin tərcümeyi-hal səhifələri" bölməsində ədibin həyat və yaradıcılıq yolunun önəmli məqamları, fəaliyyətinin nüfuzlu ədəbi və dövlət mükafatlarına layiq görüldüyü, əsərlərinin türk, rus, italyan, gürcü dillərinə tərcümə edildiyi və bir sıra şeirlərinə musiqi bəstələndiyi qeyd olunur.

    Kitabın "Lirizm+epik notlar" bölümündə Rəşad Məcidin şeirləri həyata lirik-romantik baxışın orijinal bədii ifadəsi kimi dəyərləndirilir: "Müstəqillik dövrü Azərbaycan şeirinin tanınmış nümayəndələrindən biri olan Rəşad Məcidin lirikası dərin lirizmlə epik notların üzvi əlaqəsi əsasında yaranan əhəmiyyətli sənət hadisəsidir".

    Akademik İ.Həbibbəyli nağılvari poetik təhkiyənin diktə etdiyi lirizmin Rəşad Məcidin şeirlərində həm həyata şairanə baxışın, həm də müdriklik və müasirliyin ifadəsinə çevrildiyini vurğulayır.

    "Roman" və poetikası" bölməsində Rəşad Məcidin eyniadlı poeziya silsiləsi haqqında söz açılır: " Onun liro-epik şeirləri "Roman"a keçid üçün körpü funksiyası daşıyır. "Roman" başdan-başa lirik-epik xarakterə malik orijinal əsərdir. Əlbəttə, Rəşad Məcid bu əsərini şərti olaraq "Roman" adlandırmışdır. Fikrimizcə, Rəşad Məcidin "Roman" adlandırdığı bu əsər janr baxımından liro-epik poemadır".

    "Dastan"a doğru adlanan bölmədə akademik qeyd edir ki, şeirlərdən süjet düzəltmək Rəşad Məcidin şeir yaradıcılığının oturuşmuş bir sistemidir.

    "İdealın bədii təcəssümü"ndə R.Məcidin estetik idealının mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəmanda özünün bədii təcəssümünü tapdığı önə çəkilir.

    "Müasirlik səlahiyyəti" bölməsində akademik  "10 sentyabr" hekayəsindən söz açaraq əsəri roman kimi səciyyələndirir: "Sabitləşmiş, inkişaf edən və dünya ilə üz-üzə olan yeni Azərbaycanda cəmiyyət həyatının epik mahiyyətinin gerçək romanı "10 sentyabr" hekayəsinin bətnində müşahidə olunur".

    İ.Həbibbəyli "Publisistikada özünəməxsusluq" başlıqlı bölmədə R.Məcidin bu sahəyə qəzetçiliklə bədii yaradıcılıq arasında xüsusi bir fəaliyyət növü kimi yanaşdığını vurğulayır: "Rəşad Məcidin publisistikasında məsələnin hər iki tərəfinin özünəməxsus ağırlığı vardır".

    "Yazıçı tənqidi: esselər" bölməsində R.Məcidin ədəbi tənqid yönündəki yaradıcılıq nümunələrindən söz açan akademik, "525-ci qəzet"in hünəri" bölməsində sözügedən qəzetin məziyyətlərinə diqqət yönəldir: "Müşahidələrimə görə, hazırkı mərhələdə həm kəmiyyət etibarilə, həm də sosial tərkibinin müxtəlifliyi mənasında da geniş oxucu cəbhəsi cəlb etmək baxımından "525-ci qəzet"lə müqayisə edilə biləcək mətbuat orqanı göstərmək çətindir. Tərəddüd etmədən demək mümkündür ki, "525-ci qəzet" ümumiyyətlə Azərbaycan cəmiyyətinin qəzetidir".

    "Rəşad Məcidin statusları və sms dünyası, yaxud sosial şəbəkə ədəbiyyatına giriş" sərlövhəli bölmədə akademik İ.Həbibbəyli yazır: "Son on ildə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində Rəşad Məcid tam yeni janrlara imza atmışdır. "Status-esselər" və "sms-esselər" adlandırdığı sosial şəbəkə yazışmalarından ilk dəfə Rəşad Məcid müstəqil janr kimi söz açmışdır. Rəşad Məcidin statusları və sms-ləri müasir dövrün yazıçı müşahidəsinin, şair hissiyyatının və publisist müasirliyinin əsasında yaranmış orijinal sosial şəbəkə ədəbiyyatıdır".

    İ.Həbibbəylinin fikrincə, "Rəşad Məcidin "Şuşa dəftəri" Azərbaycan şeirinin Şuşa səfəri səhifəsinin cazibədar simasını əks etdirir. Hiss olunur ki, "Şuşa dəftəri" Rəşad Məcidi bu mövzu ilə dərin bağlılığı olan daha bir seriala - "Laçın çələngini" hörməyə doğru aparır..." Akademikin bu düşüncələri nəşrin "Rəşad Məcidin Şuşanaməsi" bölümündə yer alıb.

    Kitabın "Bütün yönləri ilə yaradıcı" "Rəşad Məcid haqqında" adlı bölmədə görkəmli ədəbiyyat və incəsənət xadimlərinin fikirləri öz əksini tapıb.

    Və sonda - kitabla eyni adlı bölümdə nəticə etibarilə Rəşad Məcid bütün yönlərindən səciyyələndirilərək Azərbaycançılıq idealına şərəf və məsuliyyətlə xidmət edən, cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul olunan tanınmış Azərbaycan ziyalısı, müstəqillik dövrü Azərbaycan liro-epik şeirinin əsas yaradıcılarından biri kimi xarakterizə edilir.

    "Ömrün anları"nda R.Məcidin görkəmli ədəbiyyat və sənət adamları ilə önəmli tədbirlərdə çəkilmiş fotoları verilib.

    "Elm və təhsil" nəşriyyatının çap etdiyi kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovdur.






    Sevinc MÜRVƏTQIZIшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    2. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    3. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    4. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    5. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    6. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    7. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    8. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    10. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    12. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    13. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    14. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    15. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    16. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    17. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    18. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    19. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    20. 20:21 Rayon rəhbəri İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    21. 20:16 Rayon rəhbəri Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    22. 20:14 Rayon rəhbəri Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    23. 20:07 Rayon rəhbəri Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    24. 16:40 “Heydər Əliyev xatirələrdə”mövzusunda səyyar sərgi
    25. 13:13 Masallıda “LevelUP” karyera inkişafı forumu
    26. 13:11 “Heydər Əliyev irsi gənclərin gözü ilə” təqdimat müsabiqəsi 
    27. 13:10 “Heydər Əliyev və qlobal liderlik: beynəlxalq arenada Azərbaycanın yeri” mövzusunda dəyirmi masa təşkil olunub
    28. 18:56 Rayon rəhbəri Qızılağac kəndində I Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına məktəbə gedən yola döşənmiş asfalt örtüyünə baxış keçirib
    29. 18:51 Rayon rəhbəri Göyəçöl kəndində I Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    30. 17:38 Qızılağac kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbinə gedən küçəyə asfalt örtüyü döşənmişdir
    31. 17:35 Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasov küçəsinə asfalt örtüyü döşənmişdir
    32. 17:32 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsi yaşayan küçəyə asfalt örtüyü döşənmişdir
    33. 17:28 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Elşad İsayev küçəsinə asfalt örtüyü döşənmişdir
    34. 17:26 İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    35. 17:24 Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayev küçəsinə asfalt örtüyü döşənmişdir
    36. 17:20 Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    37. 13:11 Şəhid Sübhan Həsənovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 20:25 Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”
    39. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    40. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ