Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


11-09-2024, 15:00. Разместил: admin44

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Biz şəhid ailələrinin sosial problemləri daim diqqətdə saxlanılır və həlli üçün müvafiq tədbirlər görülür. Göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, mənim nəvəm torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət etsin! Bu yaxınlarda onun adını daşıyan küçəyə asfalt örtüyü döşənmiş və təmir olunmuşdur. Var olun, cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizin inkişafı naminə atılan addımlar, eləcə də azad olunmuş torpaqlarımızda görülən işlər vətəndaşlarda böyük fərəh hissi oyadır. Xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Biz Sizinlə qürur duyuruq. Allah Sizi və xalqımızı qorusun!




Hörmətlə,

Yaşar Şahbazov, şəhid babası.

Azərbaycan Respublikası, Masallı rayonu, Kəlbəhüseynli kəndi.
шаблоны для dle 11.2
Вернуться назад