Главная > Maraqlı > Ərkivanlı deputat Yəhudi Muxtariyyətinin “Fəxri vətəndaş”ı adına layiq görülüb

Ərkivanlı deputat Yəhudi Muxtariyyətinin “Fəxri vətəndaş”ı adına layiq görülüb


29-09-2024, 13:16. Разместил: admin44
 
Rusiya Federasiyası Yəhudi Muxtar Vilayətinin rəhbərliyi azərbaycanlı, vilayət parlamentinin deputatı, nüfuzlu ictimai xadim, xeyriyyəçi iş adamı Hikmət Əliheydər oğlu Məmmədovu “Fəxri vətəndaş” adına layiq görüb.

Qeyd edək ki, “Yəhudi Muxtar Vilayətinin fəxri vətəndaşı” fəxri adı regionun ən yüksək mükafatıdır və 1994-cü ildən verilir.

Məlumat üçün bildirək ki, 53 yaşlı həmyerlimiz Masallı rayonunun Ərkivan qəsəbəsindəndir. Orta təhsilini qəsəbədə, ali təhsilini isə Moskva Dövlət Akademiyasında alıb. 30 ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayır və işləyir. Yəhudi Muxtar Vilayətinin ictimai-siyasi həyatında fəallığı ilə seçilir. Üç dəfə ardıcıl olaraq vilayətin qanuniverici orqanına deputat seçilib. Rusiya Federasiyasının 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Vilayətdə ən böyük ticarət evinin yaradıcısı, tanınmış xeyriyyəçi Hikmət Məmmədov Yəhudi Muxtar Vilayətində və Uzaq Şərqdə sahibkarlığın inkişafı üçün çoxlu işlər görüb. O, nəinki bu vilayətdə, Azərbaycanda, doğma ünvanı Ərkivan qəsəbəsində də böyük xeyriyyəçilik işlərinə dəstək olur.
 




Akif AĞAYEVшаблоны для dle 11.2
Вернуться назад