Главная > Maraqlı > Replika

Replika


8-10-2024, 14:27. Разместил: admin44

Gör dünyanın harasıdır...
Son vaxtlar televiziya kanallarında Bakının bazarlarında meyvə-tərəvəzin bahalaşması xəbərini tez-tez eşidib-görürük. 
Jurnalist bu matahların haradan gətirildiyini, qiymətini soruşur, müştərilərin fikrini öyrənir.
-Pomidor neçəyədir?
-5 manat.
-Hardan gətirilib?
-Sabirabaddan.
-Sən neçəyə satırsan, hardan gətiribsən?
-4 manata. Qusardandır.
Beləliklə, siyahı uzandıqca uzanır. Saatlıdan, Göyçaydan, Biləsuvardan, Salyandan, Ucardan...
Ucarın adı çəkiləndə düşünürsən, Xudaya bir vaxtlar ilan mələyən çöllərdən əsər-əlamət qalmayıb. Bu torpaqlarda tərəvəz, bostan məhsulları, meyvə yetişdirilib bazarlara çıxarılır. Gör dünyanın harasıdır. Ucarda tərəvəz əkib becərir, ölkənin bazarlarına çıxarırlar. Heç bir bazarda Masallı, Lənkəran, Astara pomidoruna rast gəlmədik.
Bir vaxtlar nəhəng sovet şəhərlərini, Rusiyanı tərəvəz məhsulları ilə təmin edən bu rayonların adına indi heç yerdə rast gəlinmir.

Burda “Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik edər, köhnə hamam içində”  və ya rəhmətlik şair Vaqif Hüseynovun yazdığı:
Gör dünyanın harasıdır,
Keçəl Həmzə tüklənibdir,
Karvanları yüklənibdir,
Adamlara nə gəlib ki, 

Qulaqları şəklənibdir. – deyimlərini xatırlayırsan.
Bəs bölgəmizdə niyə tərəvəz məhsulları yetişdirilmir? Çoxları suyun olmamasını bəhanə gətirir. Bəs görəsən bir vaxtlar on min hektarlarla çay sahəsini, tərəvəz tarlasını suvarmağa imkan verən Xanbulançay, Viləş çay dəryaçalarının suyu hara sərf olunur? Çox müəmmalıdır.
Görəsən ölkənin bazarlarında cənub rayonlarının məhsullarına nə vaxtsa rast gələcəyikmi? O günü gözləyirik.




Südabə MƏMMƏDOVA,
AJB-nin üzvü.
шаблоны для dle 11.2
Вернуться назад