Главная > Maraqlı > Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun doğum günü qeyd olundu

Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun doğum günü qeyd olundu


9-10-2024, 16:13. Разместил: admin44

08 oktyabr 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynovun doğum günü ilə bağlı büstünün önündə tədbir keçirilmişdir.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Masallı Rayon Polis şöbəsinin rəis müavini İxtiyar Talıbov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Masallı rayon şöbəsinin əməkdaşı Vüsal Nağıyev, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə, şəhid ailələri, din xadimləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir.

Milli Qəhrəmanın doğum günü münasibəti ilə keçirilmiş tədbirdə şəhidin həyatı, döyüş yolu, qəhrəmanlıqları barədə çıxışlar edilmiş və şerlər səsləndirilmişdir.





шаблоны для dle 11.2
Вернуться назад