Главная > Maraqlı > Şəhid Elvin Əzizovun şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid Elvin Əzizovun şəhadətinin 4-cü ildönümü anıldı


16-10-2024, 16:08. Разместил: admin44

16 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Qarğalıq kəndində şəhid Əzizov Elvin Əfrayıl oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Elvin Əzizovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, ərazi nümayəndəliyi, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.





шаблоны для dle 11.2
Вернуться назад