Главная > Maraqlı > DYP Masallı rayon bölməsindən “Təmiz hava” aylığı
DYP Masallı rayon bölməsindən “Təmiz hava” aylığı16-10-2024, 16:14. Разместил: admin44 |
Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb. Bir daha sürücülərin diqqətinə çatdırılıb ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra avtomobillərin istismarına yol verilməlidir. Profilaktik tədbirlər zamanı yol polisi əməkdaşları tərəfindən, həmçinin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, avtomobillərə konstruksiya dəyişiklikləri edən və digər inzibati xətalara yol verən sürücülər aşkarlanaraq, barələrində protokollar tərtib edilib. Ümumilikdə, son bir ay ərzində Masallı rayonu ərazisində yol patrul xidməti əməkdaşları tərəfindən 1100 inzibati xəta aşkarlanaraq qanunamüvafiq tədbirlər görülüb. Həmin sürücülərdən 19-u nəqliyyat vasitəsini spirtli içki və ya narkotik vasitənin təsiri altında idarə edənlər olub. Вернуться назад |