12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası günüdür » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası günüdür

    12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası günüdür

                
    12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının yaradılmasından 29 il ötür. Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.
               
    Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar Respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

    Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.Ötən 29 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

     Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

     

     

    Ziyafəddin Cavadov,
    Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:27 Masallıda 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası 07.11.2025
    2. 15:23 Rayon rəhbəri Viləş kəndində şəhid abidələrini ziyarət etdi 07.11.2025
    3. 15:18 Rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət etdi 07.11.2025
    4. 14:26 Masallı Rayon Statistika İdarəsində  Zəfər Gününün 5-ci ildönümü qeyd edildi
    5. 14:20 Şəhid Vüsal Məhərrəmovun şəhadətinin 5-ci ildönümü anıldı
    6. 14:19 Ərkivan qəsəbəsində  evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirilib
    7. 14:13 Xanalıyan kəndinin mərkəzi yolu cari təmir edilmişdir
    8. 13:42 Məmmədoba kəndində şəhid Füzuli Əliyevin ailəsinin yaşadığı küçəyə asfalt örtüyü döşənmişdir
    9. 13:40 Rayon rəhbəri Tüklə kəndində kənd təsərrüfatı məhsullarının qurutma yerinə baxış keçirib
    10. 13:37 Rayon rəhbəri Tüklə kəndində şəhid məzarlarını ziyarət etdi
    11. 13:21 Rayon rəhbəri Tüklə kəndində şəhid abidə kompleksini ziyarət etdi
    12. 13:11 Rayon rəhbəri Mahmudavar kəndində yola baxış keçirib
    13. 13:07 Azərbaycan Prezidentinə yazırlar
    14. 18:37 Köçəkli kənd orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    15. 18:34 Masallıda mülki müdafiənin təşkili barədə tədbir
    16. 11:45 Qarabağ Zəfərinin zirvəsi Şuşanın azad edilməsi oldu
    17. 10:58 Masallıda rayon rəhbərinin 06 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    19. 12:10 YENİ KİTABLAR         
    20. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    21. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    22. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    23. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    24. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    25. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    26. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    27. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    28. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    29. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    30. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    31. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    32. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    33. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    34. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    35. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    36. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    38. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    39. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    40. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ