Halallıq » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Halallıq



    (Olmuş əhvalat)
    Atam dünyasınl dəyişəndə  altı yaşım vardı. Anam dörd uşağını böyütmık məcburiyyətində qalmışdı.  Evin tək oğlu olduğum üçün bacılarım mənə evin çətin işlərini görməyə imkan vermirdilər. Əmim oğılu ördəklərini mənə tapşırıb çöl işşlərinə gedərdi. Tapşırardı ki, ördəkləri istilin içindən çıxıb kolxozun çəltik sahələrinə keçməsin. İstildə isə qonşularımızın hər birinin 50-60 ördəyi vardı. Mən suyun içində belə hər kəsin ördəyini tanıyardım.  

    Bir dəfə əmim oğlu mənə üç ördək balası verdi. Mən onları yaxşı yemləyirdim.   Anam mənə xeyli buğda, düyü yarması, quru çörək verirdi ki, ördək balalarını yaxşı yemləyim ki,  tez böyüsünlər. Ancaq deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Ördək balaları böyüdükcə sevincim yerə-göyə sığmırdı. Onlardan biri çox yekəlmişdi, ikisi isə  cılız idi. Bir gün yekə ördək hinə gəlmədi.  Onu tapmaq üçün  axtarmadığımız yer qalmadı.  Günorta çağı onu qonşumuz Gülrzanın həyətində, ördəklərinin arasında tapsam da qonşu “bu ördək mənimdir”, deyib durdu. Əmin oğlu çox israr etsə də qonşu ördəyin onun olduğunu söylədi. Əmim oğlu: ay kişi, bu uşaq suyun içində belə mənim yüzə yaxın ördəyimi tanıyır. Gülrza kişi, Allaha, peyğəmbərə, imamlara and içib əmim oğlunu inandıra bildi. Əmim oğlu isə mənə bir ördək verəcəyini deyib, fikimdən daşındırdı. Qonşum isə Cümə axşamı həmin ördəyi kəsib  yedi və hamını inandırdı ki, onun halalca malı olub.

    Aradan  2-3 ay keçmişdi. Yaz başlamışdı, aprelin  əvvəlləri idi. Yaşıllığa bürünən kiçik obamız  daha füsunka görünürdü. Çəltik sahələri yaşıl xalıya bənzəyirdi.
    Evimizin  arxasındakı kiçik arxdan göz yaşı kimi dupduru su çəltik ləklərinə axırdı. Orda-burda suyun içində oynaşan  ağ   sollar  adamın ruhunu oxşayırdı. Arxın oynaq yerində bir ördək on səkkiz balası ilə üzüb yem axtarırdı. Bildim ki, bu ördək Gülrzanındır. Gözüm qaraldı, ürəyim daşlaşırdılar. Çəpərdən bir qaratikan kolu çəkdim. Ördək balaları sevinclə ora-bura üzür, anasının ətrafında dolandırdılar. Çox  fikirləşdim, uşaq inadkarlığım məni fikrimdən daşındıra bilmədi. İstəyirdim ki, kimsə gəlib çıxsın və mənim fikrimi dəyişsin. Ancaq  qəlbimin dərinliyindəki “intiqam hissi” bir az da coşurdu. Gözlərimi yumub qaratikan kolunu bir neçə dəfə suya çırpdım. Ördək fəryad qoparıb balalarını qorumağa çalışırdı.  Gözlərimi açdım, suyun üzündə çırpınan günahsız ördək balalarını görüb  bayıldım. Neçə dəqiqə huşsuz vəziyyətdə qaldığımı bilmədim. Durub pəjmürdəhal evə gəldim. Bilirdim ki, Gülrza işdən hali olacaq və vay-şüvənlə evimizə hücum çəkəcək. Dərhal qonşu kəndə - dayılarımın evinə getməyi qərara aldım. Qaş qaralana yaxın evə gələndə qonşumuzun  qalmaqalına rast gəldim.  Anam and-aman edirdi  ki, uşağım dayısıgilə gedib, onun heç şeydən xəbəri yoxdur. Qonşu üstümə hücum çəkdi, məni hətta öldürməklə hədələdi, ancaq əmim oğlu yenə gəlib sakitlik yaratdı.

    Üstündən illər keçdi. Mən səkkizinci sinifdə oxuyurdum. Qonşum Gülrza bərk xəstələnmişdi. Həkimlər ona mədə xərçəngi  diaqnozu qoymuşdular. Deyirdilər ki, boğazından su da keçmir. Gülrzanın ördək balalarını öldürdüyüm üçün ondan halallıq istəməyi qərara aldım. Anam da bunu mənə xatırlatmışdı.
    Məhəlləmiz yaşıllıqlara qərq olmuşdu. Ağacların arası ilə bir ayağım uzun, biri qısa həyətlərinə gəldim. Bir göz ev, yerdən iki-üç qarış hündür olan eyvanda yorğan-döşəkdə uzanmışdı. Evdə heç kim görünmürdü. Gülrza kişi saxsı lüləyeni  götürüb evin arxasındakı həsirlə dövrələnmş ayaqyoluna getdi. Gücsüzlükdən  ayaqları yerə sürtünürdü. Gəlib döşəmənin üstündə oturdum. Balışı arxaya sürüşmüşdü. Onu çəkib yerinə qoymaq istəyəndə altında bir büküm pul gördüm. Götürüb əmimin mənə Novruz bayramında aldığı yarımqol ipək köynəyin cibinə qoydum. Qonşum gəlib çıxdı.

    -Bala , əmi son günlərini yaşayır, niyə gəlib məni axtarmırsan? – deyə soruşdu. Bir az xəstəliyindən, evin dərd-sərindən danışdı, məhəllənin keçmişindən söhbət açdı.

    Mən mətləbə keçdim.
    -Hə, Gülrza əmi, bilirsən  niyə  gəlmişəm? Yadındadı  sənin 18 ördək balasını öldürmüşdülər. Onu mən eləmişdim, indi gəlmişəm səndən halallıq almağa, uşaq olmuşam, sonra başa düşdüm ki, səhv etmişəm. Şeytanın vəsvəsəsinə uymuşam. Ancaq sən də boynuna al ki, kəsib yediyin ördək mənim idi.
    Gülrza əmi bığaltı gülümsəyib:
    -Sən də mənə halal eylə, - dedi
    Belədə  mən cibimdəki pulları çıxarıb ona göstərdim.
    -Əmi, halallıq üçün sənə azdan-çoxdan para-pul gətirmişəm. Hə olar, bunu qəbul et.
    Gülrza kişi pulu diqqətlə süzüb gözləri işıldadı, əlini balıncının altına apardı. Sonra üzünə xoş bir ifadə verməyə çalışd:
    -Bala, bu pullar elə mənim özümünküdür ki.
    -Nə olar, Gülrza əmi, mən sənə halal edirəm, sən də keç günahımdan.
    Qonşum arıqlayıb çöpə dönmüş əlini mənə uzatdı, boynumu qucaqladı.

    -Dünya belədir, adam bəzən yolunu azır, halal-haramı yaddan çıxarır, sən uşaq idin, bilmədin, mən ki, dünyanın ağrı-acısını  görmüşdüm, bir daha halal eylə, oğul, belə şeylər sənə dərs olsun. Dünyada halallıqdan rahat yaşamağa bir xoşluq yoxdur.

    Halal insan rahat köçür bu dünyadan...



    Həsənağa Əli MURTUZA.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ