Sözünə, qələminə, amalına sədaqətli insan » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Sözünə, qələminə, amalına sədaqətli insan

    Sözünə, qələminə, amalına sədaqətli insan


    Ağahüseyn Şükürov­–60


    Həyatın enişli-yoxuşlu yollarını keçmiş sadə və səmimi insan, yüksək mədəniyyəti, insanpərvərliyi, nəcibliyi və qayğıkeşliyi ilə  onu tanıyan  hər kəsin hörmət və rəğbətini qazanmış Ağahüseyn Şükürovun 60 yaşı tamam olur.

    Yaşadığı şərəfli ömür yolu adi zaman kəsiyində bir rəqəm deyil, bir həyat yolunun bütöv hekayəsidir. Bu ömür yolu, həmçinin çətinliklərə qarşı mübarizə, əzm və iradə ilə dolu bir tarix, gələcəyə yönələn bir işıqdır.

    Həyatını elmə həsr etmiş, gözü, könlü tox mənəviyyat adamı, əxlaqlı və xoş niyyətli insan Ağahüseyn müəllim bu gün ömrünün ən məhsuldar çağına, həyatının 60-cı baharına qədəm qoyur.

    Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov 1964-cü il dekabrın 21-də Masallı rayonunun Qasımlı kəndində anadan olub. Orta təhsilini rayonun Yeddioymaq kənd orta məktəbində alıb, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə qəbul olub.

    O, əmək fəaliyyətinə 1988-ci ildə Masallı rayonunda çıxan "Çağırış" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, daha sonra bir sıra respublika qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbu orqanı olan "Elm" qəzetinə müxbir kimi qəbul edilib, 2007-ci ilədək bu qəzetdə məsul katib, baş redaktorun müavini vəzifələrində çalışıb. 2001–2007-ci illərdə Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində korrektor, 2007–2010-cu illərdə məsul katibin müavini, 2013–2014-cü illərdə yenidən "Elm" qəzetində müxbir, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda mətbuat xidmətinin rəhbəri, 2014–2019-cu illərdə AMEA Rəyasət Heyətinin elmi katibi olub.

    O, 2019-cu ildən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışır. Akademiyada həyata keçirilən tədbirlər, institut və təşkilatların fəaliyyəti, eləcə də alim və mütəxəssislərin əldə etdikləri elmi nailiyyətlərin təbliği ilə məşğul olan Ağahüseyn Şükürov həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir.

    Yubilyar 50-yə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Müxtəlif elmi, elmi-kütləvi və bədii əsərlərin redaktoru, tərtibçisi, elmi redaktoru, bədii redaktoru, korrektoru olub. O, çoxşaxəli fəaliyyətinə görə bir sıra təltif və mükafatlara layiq görülüb.

    Ağahüseyn Şükürov "Əli Tudənin yaradıcılıq yolu" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda "Azərbaycan-qazax ədəbi əlaqələri" mövzusunda elmlər doktorluğu dissertasiyası üzrə tədqiqat işi aparır. Alim Çin, Türkiyə, Pakistan, Qazaxıstan, Rusiya, İran, Belarus, Qırğızıstan, Bolqarıstan, Özbəkistan və başqa ölkələrdə elmi ezamiyyətlərdə olub, beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil edib.

    Ağahüseyn müəllimi elmi ictimaiyyət sədaqətli, bacarıqlı, ziyalı bir şəxsiyyət kimi tanıyır. Bizlər, yəni İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşları isə onun həm də ədalətli, qayğıkeş və səmimi rəhbər olduğunun şahidiyik. Ağahüseyn müəllim yüksək idarəçilik qabiliyyətinə malik olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə sahibdir.

    Onun liderlik qabiliyyəti, kollektivlə işləmək bacarığı, ən əsası sadəliyi insanlar tərəfindən böyük rəğbətlə qarşılandığı kimi, işin keyfiyyətinə və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz müsbət təsirini göstərib.

    Hörmətli Ağahüseyn müəllimi 60 illik yubileyi münasibətilə təbrik edirik.   Qarşıdan gələn ömür yolunda ona cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq!





    Nərgiz QƏHRƏMANOVA,
    AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ