Qzaxıstanın dəstəyi və həmrəyliyi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qzaxıstanın dəstəyi və həmrəyliyi

    Qzaxıstanın dəstəyi və həmrəyliyi


     Azərbaycan həmişə türk dünyasının sıx birliyinə öz töhfəsini verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri arasında qarşılıqlı dəstək və həmrəylik mühitinin formalaşması və inkişafı bütün dövrlər üçün əsas çağırışlar sırasındadır. 

    Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurlarının miqyasının genişləndiyi göz qabağındadır. Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi istəyi qarşılıqlı səfərlər zamanı əməkdaşlığın gələcək inkişafı ilə bağlı təqdim edilən yol xəritələri, imzalanan sənədlər vasitəsilə reallığa çevrilir. Vaxtilə “Türk dünyası” deyəndə ancaq Türkiyə göz önünə gəlirdisə, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bu birliyin daha da genişlənməsinə və möhkəmlənməsinə səbəb oldu. 

     Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. Azərbaycan ilə Qazaxıstan arasında bu gün mühüm önəm daşıyan yüksək səviyyəli siyasi-iqtisadi əməkdaşlıq hər iki dost ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırır, münasibətləri möhkəmləndirir. Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Lakin, eyni zamanda, bu, günün tələbidir. 

     Prezident İlham Əliyevin vurğuladığı kimi, “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır. 

    Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarəsi qəzaya uğrayandan dərhal sonra Qazaxıstan xilasediciləri hadisə yerinə yetişdilər və insanları dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Onlar öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi.

    Qazaxıstanda müxtəlif millətlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. Ölkədə müxtəlif millətlərin nümayəndələrinin daxil olduğu Qazaxıstan Xalqları Assambleyası kimi unikal bir qurum fəaliyyət göstərir. Müxtəlif millətlərin nümayəndələri, həmçinin parlamentdə və icra hakimiyyəti orqanlarında təmsil olunurlar.

     Həmvətənlərimiz Qazaxıstanın siyasi və iqtisadi həyatında fəal iştirak edirlər. Azərbaycanlıların diaspor təşkilatları bütün böyük Qazaxıstan şəhərlərində fəaliyyət göstərir. Onlar mədəni-humanitar və işgüzar əlaqələrin inkişafında mühüm rol oynayırlar. Qazaxıstanda yaşayan azərbaycanlılar ölkənin layiqli vətəndaşları kimi iki qardaş xalqın yaxınlaşmasına töhfə verirlər.

    Ölkələrimiz Uzaq Şərqi Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən, multimodal tranzit sistemi kimi nəzərdən keçirilən dəhlizin imkanlarının genişləndirilməsi üçün əməkdaşlığını gücləndiriblər.

     


                    
    Ceyhun Hüseynov, 
    Masallı RMX İƏ üzrə mütəxəssis


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ