Главная > Maraqlı > Masallıda xeyriyyəçilik aksiyaları davam etdirilir

Masallıda xeyriyyəçilik aksiyaları davam etdirilir


3-02-2025, 22:30. Разместил: admin44

Masallı rayonunda xeyriyəçilik aksiyaları mütəmadi olaraq davam etdirilir və hər gün daha da genişlənir.

Belə ki, rayonun Bədəlan, Xırmandalı və Qodman ərazilərində aksiyalar davam etdirilmişdir.

Bədəlan ərazisində Rusiyada yaşayan ərazi xeyriyyəçləri tərəfindən 22 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla ümumilikdə 44 kq ət paylanılmış, 10 aztəminatlı ailənin hər birinə dəyəri 60 manat olmaqla ərzaq yardımı verilmiş və valideyn himayəsindən məhrum olmuş uşağın müalicəsi üçün lazım olan dərman həbləri alınmışdır.

Əlavə olaraq Xırmandalı ərazisində xeyriyyəçilər tərəfindən 27 ailənin hər birinə 5 kq olmaqla ümumilikdə 135 kq ət paylanmış və Qodman ərazisində 60 ailənin hər birinə mütəmadi olaraq ərzaq yardımı olunur.


шаблоны для dle 11.2
Вернуться назад