Главная > Maraqlı > Masallı rayon İcra Hakimiyyətində sektor müdiri təyinatı

Masallı rayon İcra Hakimiyyətində sektor müdiri təyinatı


19-02-2025, 18:04. Разместил: admin44

19 fevral 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun müvafiq Sərəncamı ilə Bağırov Nəsib Abdulla oğlu Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.
10 yanvar 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında vakant olan İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən daxili müsahibə imtahanı keçirilmiş və müsahibədə yüksək nəticə əldə etmiş Bağırov Nəsib Abdulla oğlu komissiyasının qərarına əsasən vakant olan vəzifəyə uyğun hesab edilmişdir.

Məlumat üçün bildiririk ki, Bağırov Nəsib Abdulla oğlu bu vəzifəyə qədər Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışmışdır.





İsrafil Əlihüseyn oğlu Şükürov,
Leqal.az saytının Baş redaktoru.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
MASALLI.
шаблоны для dle 11.2
Вернуться назад