Главная > Maraqlı > Masallıda 20 fevral 2025-ci il tarixdə görülmüş işlər barədə məlumatlar

Masallıda 20 fevral 2025-ci il tarixdə görülmüş işlər barədə məlumatlar


20-02-2025, 17:25. Разместил: admin44

Masallıda abadlıq-quruculuq işləri, təmizlik, xeyriyyə aksiyaları və bir çox lahiyələr mütəmadi olaraq həyata keçirilir.

 Belə ki, Şıxlar kənd ərazi nümayəndəliyinin təşəbbüsü, Yeddioymaq bələdiyyəsi və kənd xeyriyyəçilərinin dəstəyi ilə 200 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmış, Bədəlan kənd ərazi nümayəndəliyinin təşəbbüsü və kənd xeyriyyəçilərinin dəstəyi ilə 25 aztəminatlı ailənin hər birinə 2kq olmaqla ət paylanılmış, oğlu hərbi xidmətdə olan və tək yaşayan ananın komunal xərcləri ödənilmiş, Qarğalıq kənd ərazi nümayəndəliyinin təşəbbüsü və kənd xeyriyyəçilərinin dəstəyi ilə Eminli kəndində 300 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmış, Qızılavar kənd ərazi nümayəndəliyinin təşəbbüsü və kənd xeyriyyəçilərinin dəstəyi ilə Dəlləkoba kəndində 900 metr məsafədə kənddaxili küçə işıqlandırılmış, Xıl ərazi nümayəndəliyinin təşəbbüsü ilə Masallı rayon Su Meliorasiya idarəsinin texnikası vasitəsi ilə torpağın lil qatları təmizlənərək suyun çıxışı təmin olunmuşdur.






шаблоны для dle 11.2
Вернуться назад