Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi və nüfuzu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi və nüfuzu

    Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi və nüfuzu

     
    Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Həmin qurumlar sırasında dünyanın siyasi və iqtisadi həyatında, habelə beynəlxalq münasibətlər sistemində xüsusi diqqət çəkən Şimali Makedoniya da mühüm yer tutur.

    Respublikamız ilə Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyununda qurulub. Azərbaycan digər Balkan dövlətləri kimi Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi önəm verir. Eyni zamanda ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Azərbaycan – Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, bu da əməkdaşlığın dərinləşməsi üçün olduqca səmərəlidir.

            Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska Davkova arasında keçirilən görüş, hər iki ölkənin iqtisadi, ticari, enerji və nəqliyyat sahəsində əməkdaşlığının inkişafında yeni mərhələnin başlanğıcını göstərir. Hər iki dövlətin  mövqeləri və regional maraqları nəzərə alındıqda, daha xüsusi bir əhəmiyyət kəsb edir. Prezidentlər İlham Əliyev və Qordana Silyanovska Davkovanın birgə bəyanatı, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə dair konkret addımların atılacağına dair əminlik verir. İki ölkə arasında iqtisadi, siyasi, enerji və mədəni sahələrdəki əməkdaşlıq, həm Cənubi Qafqaz, həm də Balkanlar bölgəsində daha geniş bir strateji əlaqənin qurulmasına zəmin yaradır. Bu əməkdaşlığın davamı, hər iki ölkənin inkişafını dəstəkləyərək, onların beynəlxalq arenada daha möhkəm mövqe tutmasına imkan verəcəkdir. 

                  Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi,” ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır və ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır.Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir.”

                  Azərbaycanın zəngin enerji ehtiyatları, xüsusilə neft və qaz sahəsindəki təcrübəsi, Şimali Makedoniya ilə enerji təhlükəsizliyinin təmin edilməsi və energetika sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından çox  faydalıdır.Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi və nüfuzu, Şimali Makedoniya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanla olan əməkdaşlıq, Makedoniyanı daha güclü bir beynəlxalq faktor olaraq möhkəmləndirə bilər.

     


    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    2. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    3. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    4. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 09:07 Ərazi nümayəndəsinin tribunası
    6. 09:05 Allah rəhmət eləsin
    7. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    8. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    9. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    10. 13:52 Allah rəhmət eləsin
    11. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    13. 10:25 Bələdiyyə sədri
    14. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    15. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    16. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    17. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    18. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    19. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    20. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    21. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    22. 14:35 Yeni şeirlər
    23. 10:59 Perspektivli idmançıların aşkarlanması
    24. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    25. 15:56 100 illik ömrün işığı
    26. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    27. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    28. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    30. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    31. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    32. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    33. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    34. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    35. 14:19 QANLI YANVAR
    36. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    37. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    38. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    39. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    40. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ