Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər

    Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər



     Güclü dövlətlərin xarici siyasətində əsas rol oynayan amillərdən biri digər ölkələrlə qurulan və zamanla daha da inkişaf etdirilən ikitərəfli münasibətlərdir. Əgər bir dövlət yalnız regional qonşuları ilə deyil, eyni zamanda qlobal güc mərkəzləri ilə də səmərəli siyasi əlaqələr qurur və bu münasibətləri balanslı şəkildə davam etdirirsə, bu, həmin ölkənin xarici siyasətinin strateji və möhkəm əsaslar üzərində qurulduğunu göstərir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu daha da inkişaf etdirərək, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirmiş, aparıcı dövlətlərlə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurulmasına nail olmuşdur. Bu baxımdan, Almaniya Federativ Respublikası ilə əlaqələrin inkişafı Azərbaycan xarici siyasətinin uğurlarından biridir. Azərbaycan və Almaniya arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuş və o vaxtdan etibarən iki ölkə arasındakı əlaqələr müxtəlif sahələrdə inkişaf etmişdir. İkitərəfli əməkdaşlıq siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələri əhatə edir.

    Ölkələrimiz  arasında davamlı siyasi dialoq mövcuddur. İki dövlətin rəhbərləri arasında mütəmadi görüşlər keçirilir.  Azərbaycan Respublikasının Prezidentinin  Almaniyaya 17 rəsmi və işgüzar səfəri, eləcə də Almaniya Federativ Respublikasının  Prezidentinin Azərbaycana ilk rəsmi səfəri strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.

              Hər iki dövlətin  xarici işlər nazirləri, parlament nümayəndələri və digər yüksək rütbəli rəsmilər də mütəmadi olaraq görüşlər keçirərək ikitərəfli münasibətləri daha da gücləndirirlər.

    Cari  ilin 2 aprel tarixində  Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri çərçivəsində Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq əlaqələri  yeni mərhələyə qədəm qoydu.  Dövlət başçımız  İlham Əliyevin yüksək səviyyəli görüşlər zamanı verdiyi bəyanatlar, həmçinin  ölkələrimiz arasında aparılan müzakirələr, əməkdaşlığın perspektivləri baxımından böyük əhəmiyyət daşıyır . 

            Azərbaycan və Almaniya arasındakı əlaqələr uzun illərdir ki, müxtəlif sahələrdə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, ticarət və investisiya sahələrində tərəfdaşlıq güclənməkdədir. Almaniya Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi dövlətimizlə  iqtisadi əlaqələrini daim genişləndirir və bu münasibətlər hər iki tərəf üçün qarşılıqlı fayda verməkdədir.

               Cənab Prezidentin  mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, Azərbaycan-Almaniya əməkdaşlığı təkcə enerji sektoru ilə məhdudlaşmır. Hər iki ölkə yaşıl enerji, nəqliyyat-logistika və sənaye sahələrində də birgə layihələr həyata keçirməkdə maraqlıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bu istiqamətdə Almaniya ilə əməkdaşlığı xüsusilə diqqət mərkəzindədir.

               Prezident Frank-Valter Ştaynmayerin Bakıya səfəri təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də regional və qlobal kontekstdə mühüm hadisədir. Qafqaz regionunda baş verən proseslər, Azərbaycanın iqtisadi və siyasi gücünün artması, həmçinin Avropanın enerji təchizatında Bakının artan rolu Almaniya üçün bu münasibətləri daha da dərinləşdirməyi vacib edir.

              Dövlət başçımız  İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, Azərbaycan öz tərəfdaşları ilə əməkdaşlığını daha da genişləndirmək niyyətindədir və Almaniya bu tərəfdaşlıqda mühüm yer tutur. İki ölkə arasında qarşılıqlı etimadın və iqtisadi maraqların güclənməsi gələcəkdə yeni strateji layihələrin reallaşmasına zəmin yaradır.

    Prezident İlham Əliyev bəyanatında bu səfərin Azərbaycan və Almaniya arasındakı əməkdaşlığa müsbət təkan verəcəyinə inandığını bildirdi. Görüşlər zamanı əsas diqqət iqtisadi əməkdaşlığa yönəlib. Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin son aylarda üç dəfə artması xüsusi qeyd edilib. Bu artımın əsas səbəbi isə Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin yüksəlməsidir.

               Azərbaycanın ötən il COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməsi ölkəmizin ekoloji siyasətdə qlobal rolunu artırıb. Prezident İlham Əliyev bəyanatında Almaniyanın bu konfransda fəal iştirak etdiyini və iki ölkə arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndiyini bildirib. COP29-a 197 ölkənin qatıldığı, lakin Ermənistanın bu beynəlxalq tədbirdə iştirak etməməsinin təəssüf doğurduğu qeyd olunub.Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir vaxtda Ermənistanın belə bir beynəlxalq platformada iştirakdan imtina etməsi başadüşülən deyil. Prezident İlham Əliyev bu məsələni Almaniya tərəfi ilə müzakirə etdiyini və Azərbaycanın mövqeyini izah etdiyini bildirib.Dövlət başçısı bəyanatında Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini xatırladıb. O qeyd edib ki, bir milyon azərbaycanlı erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından məhrum olub və torpaqlarımızın təxminən 20 faizi işğal altında qalıb.

              Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, iqtisadi əməkdaşlığın güclənməsi, bərpaolunan enerji sahəsində yeni layihələrin icrası və beynəlxalq siyasətdə ortaq maraqların qorunması Azərbaycan-Almaniya tərəfdaşlığını daha da möhkəmləndirəcək.Bu səfər təkcə cari əlaqələrin inkişafına deyil, həm də gələcək illərdə daha geniş miqyaslı strateji əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq. İkitərəfli əməkdaşlığın genişlənməsi hər iki ölkənin maraqlarına xidmət edəcək və Azərbaycanla Almaniya arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəkdir.

     

    Paşayev Teymur,
    Masallı rayon E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbi

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ